Növbəti illərdə bakalavr səviyyəsi üzrə qəbul planı artırılmayacaq

Növbəti illərdə bakalavr səviyyəsi üzrə qəbul planı artırılmayacaq

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2026-cı ilə qədər bakalavriat səviyyəsində qəbul planının 75 min olması hədəf kimi müəyyənləşdirilib, lakin artıq bu il biz bu hədəfə yaxınıq.

 

Sfera.az “Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman "Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma" mövzusunda keçirilən tədbirdə çıxışında məlumat verib.

 

Onun sözlərinə görə, bu, o deməkdir ki, artıq növbəti illərdə qəbul planında artımla bərabər, optimallaşdırmalara da gedəcəyik.

 

Tədbirdə tələbə qəbuluna dair göstəricilər barədə təqdimat göstərilib. Qeyd olunub ki, ölkə üzrə 48 ali təhsil müəssisəsi, 2 xarici ali təhsil müəssisəsinin filialı olmaqla 50 ali təhsil müəssisəsi fəaliyyət göstərir.

 

Statistik məlumatları təqdim edən şöbə müdiri bildirib ki, 50 ali təhsil müəssisəsi (2-i xarici ali təhsil müəssisəsinin filialı olmaqla) üzrə bakalavriat səviyyəsinə qəbul planı cari tədris ili üçün 62.017 yer olaraq müəyyənləşdirilib, planın 95%-i (59.026 nəfər) üzrə isə faktiki qəbul baş tutub. Magistratura səviyyəsində isə 16.568 plan yerinə 14.104 nəfər (85% qəbul faizi) qəbul olub.

 

Dövlət sifarişli yerlərin sayının artırılması ilə bağlı islahatlardan bəhs edən T.Süleyman ümumi qəbul planının təxminən 50%-nin dövlət sifarişli yerlər olduğunu vurğulayıb. Bu da o deməkdir ki, hazırda qəbul olan hər iki tələbədən biri ödənişsiz əsaslarla təhsil alır.

 

O, təqdimatın yekununda ali təhsil pilləsi üzrə qəbul planı və faktiki qəbul olanların nisbətinə də toxunub: “Bu il bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura) və doktorantura səviyyələri üzrə ümumilikdə 80.000 qəbul planı verilib. Tələbə adını qazananlar isə təxminən 74 min nəfərdir. Növbəti illərdə qəbul planının daha da optimallaşdırılması istiqamətində işlər görməliyik. Bu da ciddi araşdırma və təhlil tələb edən məsələdir”.


OXŞAR XƏBƏRLƏR

Yolları dağıdan, tunel tavanına qədər yüksələn yağış suları: AAYDA hara baxır?

Hər dəfə Bakıya güclü yağışlar yağanda bəzi avtomobil yollarında və tunellərdə böyük həcmdə yağış sularının yığılması müşahidə edilir. Eyni hal oktyabrın 21-i v...

Dörd qurum subasma ilə bağlı birgə MƏLUMAT YAYDI

Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi birgə məlumat yayıb. &...

Məşhurlar daha çox bu yolla QAZANIR - ARAŞDIRMA

Məşhur simaların qazancları daima dəyişir. Onların gəlir mənbələri isə bir çox insanlara maraqlıdır. Azərbaycanda məşhur insanların qazancları bir sıra amillərd...

COP29 Azərbaycan Əməliyyat Şirkəti konfrans məkanında dayanıqlı enerji həllərini tətbiq edəcək

COP29 Azərbaycan Əməliyyat Şirkəti tədbirin bütün aspektləri üzrə dayanıqlılığın təşviqi və ətraf mühitə təsirlərin minimuma endirilməsi öhdəliyinin bir hissəsi...

SOCAR Qarabağ və Şərqi Zəngəzurda görüləcək işləri AÇIQLADI

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının karbon neytral zona kimi inkişaf etdirilməsi üçün hazırdır.   ...

Sabahın hava proqnozu AÇIQLANDI

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarı...