Bakıda 29 nömrəli iki avtobusun "yarışı": Hansı cəza veriləcək? - VİDEO

Bakıda 29 nömrəli iki avtobusun "yarışı": Hansı cəza veriləcək? - VİDEO

Bəzən paytaxt küçələrində avtobusların “yarışdığını” müşahidə edirik. Bu da istər-istəməz digər hərəkət iştirakçılarını, avtomobil sürücülərini, o cümlədən vətəndaşları narahat edir. Eyni zamanda bu vəziyyət digərlərinə müəyyən maneə və ya təhlükə yaradır. 

 

Sfera.az bildirir ki, oxşar vəziyyət bu gün də paytaxt ərazisində qeydə alınıb. Belə ki, 29 nömrəli iki avtobusun bir-biri ilə “rəqabəti”nin, digər avtomobillərin hərəkətinə mane olduğu müşahidə olunub.

 

Məsələ ilə bağlı saytımıza açıqlama verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli bildirdi ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bu kimi hallara rast gəlinir:

 

“Ümumiyyətlə, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər nəzərə almalıdırlar ki, ani diqqətsizlik arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Təbii ki, sosial şəbəkə seqmentində belə halları əks etdirən görüntülər paylaşıldıqda dərhal tərəfimizdən məsələ nəzarətə götürülərək araşdırma aparılır. Həmin sürücülər aşkar edilərək barələrində qanuna müvafiq tədbirlər həyata keçirilir”.

 

Qurum rəsmisi sözügedən vəziyyətə səbəb olan sürücülərə də müraciət edib:

 

“Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən xahişimiz və tələbimiz ondan ibarətdir ki, qaydalara ciddi şəkildə riayət etsinlər. Özlərinin, eləcə də daşıdıqları sərnişinlərin həyat və sağlamlıqlarını təhlükə altına atmasınlar. Əks halda, barələrində inzibati tənbeh tədbirləri görüləcək”.

 

Digər müsahibimiz nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə saytımıza açıqlamasında bildirdi ki, avtobusların “yarışı” tez-tez müzakirə mövzusuna çevrilir:

“Əlbəttə, bu, utancverici hadisədir. Çünki avtobusların bir-biri ilə “yarışı” keçmişə xas olan şeylərdir. Vəziyyət elə bir nöqtəyə gəlib çatıb ki, artıq avtobus zolaqları çəkilir, hətta sürücülər diqqətlə seçilməyə başlayır.  Bununla bağlı böyük işlər həyata keçirilir. Ona görə də bu və ya digər formada nəqliyyat vasitələrini idarə edən şəxslərin daha məsuliyyətli, çevik və rentabelli hərəkətə uyğun olması vacibdir. Hamımız daha diqqətli olmalı, intellektual yanaşma ortaya qoymalıyıq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

"Sabunçu keçidi"ndə boğulan ikinci şəxsin də meyiti tapıldı

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə boğulan ikinci şəxsin cəsədi tapılıb.   Bu barədə Sfera.az-a Fövqəladə Hal...

Hava limanında vidalaşmaq üçün vaxt məhdudiyyəti tətbiq edildi

Yeni Zelandiyanın Dunedin hava limanında vidalaşmaq üçün vaxt məhdudiyyəti tətbiq edilib.   Sfera.az xəbər verir ki, yeni qaydaya görə, insanlar bir-...

Bu yolda uçqun OLDU

Son günlər Azərbaycana yağan intensiv yağıntılar nəticəsində İsmayıllı rayonu ərazisindəki Namazgah-Lahıc yolunda kiçikmiqyaslı uçqun qeydə alınıb.   ...

Avropalılar bu avtomobillərə üstünlük verir - Rekord satış QEYDƏ ALINDI

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) sentyabr üçün Avropa İttifaqı (Aİ) ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb. Məlumatlar...

Bu özəl bağçada uşaqlara yatmaları üçün “ketotifen” dərmanı verilir - BAKIDA

Son zamanlar özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı şikayətlərlə tez-tez qarşılaşırıq. Bunlardan biri də Yasamal rayonunda yerləşən “Əsmanur&rdqu...

“Ayaks” Bakıya bu futbolçularla gəlir - SİYAHI

UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda “Qarabağ”ın qonağı olacaq Niderlandın “Ayaks” klubunun Bakıya gətirəcəyi futbolçular...