Xaricə səfər edən azərbaycanlıların sayı azalıb
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 162 ölkəsindən 338,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, gələnlərin 23,4 faizi Rusiya Federasiyası, 18,6 faizi Türkiyə, 9,9 faizi Hindistan, 9,3 faizi İran, 5,0 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 3,2 faizi Pakistan, hər birindən 2,9 faiz olmaqla Birləşmiş Ərəb