“Qanunvericilikdə yüksək hakim vəzifəsi deyilən bir şey yoxdur” - Qüdrət Həsənquliyev

“Qanunvericilikdə yüksək hakim vəzifəsi deyilən bir şey yoxdur” - Qüdrət Həsənquliyev

Milli Məclisin iclasında “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.

 

Sfera.az xəbər verir ki, Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev müzakirə olunan məsələ ilə bağlı birinci oxunuşda çıxış edərək, qanun layihəsini dəstəklədiyini deyib:

 

“İkinci oxunuşda bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Hazırda Konstitusiya Məhkəməsinin 9 üzvü var. Onlardan cəmi üçü hakim işləmiş şəxslərdir. Azərbaycan Respublikası Konstitusiyasına görə, məhkəmə hakimiyyətinin başında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi gəlir. 125-ci maddənin 2-ci hissəsində qeyd olunur ki, məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Apellyasiya Məhkəmələri, ümumi məhkəmələr və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirir. Eyni zamanda Konstitusiyanın 130-cu maddəsinə görə, hər bir Azərbaycan Respublikası vətəndaşının, yəni hər kəsin, onun hüquq və azadlıqlarını pozan məhkəmə aktlarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verə bilər. Bu, o deməkdir ki, Konstitusiya Məhkəməsi hətta Ali Məhkəmənin də aktlarını ləğv edə bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin hakimləri 5 il hüquqşünas ixtisası üzrə işləyən şəxslər sırasından təyin olunurlar.

 

“Məhkəmələr və hakimlər haqqında qanunda” qanunda hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydaları müəyyənləşib. Orada qeyd olunur ki, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər bu qanunun 93-3-cü maddəsində nəzərdə tutulmuş prosedurlardan kənar Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək hakim vəzifələrinə təyin edilə bilərlər”.

 

Q.Həsənquliyev ardınca qeyd edib ki, ümumiyyətlə, qanunvericilikdə yüksək hakim vəzifəsi deyilən bir şey yoxdur: “Birinci instansiya məhkəməsinin hakimləri, Apellyasiya Məhkəməsinin hakimləri və Ali Məhkəmənin hakimləri var. Yəni qeyd etdiyim kimi yuxarı instansiya məhkəmələrinin hakimləri var. Bunu da mütləq biz gərək qanunvericilik qaydasında nəzərə alaq. Amma gördüyünüz kimi, Ali Məhkəmənin xüsusi qaydada təyin olunan üzvlərinə aid tələblər Konstitusiya Məhkəməsinin üzvlərinin təyin olunması ilə bağlı tələblərdən nə qədər sərtdir. Ümumiyyətlə, bir daha hörmətli həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununa görə istisnalara yol verilmr. Yəni ümumi qaydalardan kənar istisnalar hesab olunur ki, bu diskresion səlahiyyətlərin verilməsidir və bu, vətəndaşların qanun qarşısında bərabərliyinin, o cümlədən Konstitusiyanın “qanunlar bərabər mənafelərə bərabər münasibət ifadə etməlidir” tələbinin pozulmasına yol açmış olur. Həm də sui-istifadə hallarına yol açır. Yəni bu, Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun tələblərindən ibarətdir”.

 

Millət vəkili təklif etdi ki, hörmətli Əli Hüseynli bunu qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə etsin: “Hesab edirəm ki, belə qayda müəyyən olunmalıdır ki, birinci instansiya məhkəmsində 5 il işləmiş hakim Apellyasiya Məhkəməsinin üzvü təyin oluna bilər, 5 il Apellyasiya Məhkəməsinin üzvü işləyən hakim Ali Məhkəmənin üzvü təyin oluna bilər və ən azı 5 il Ali Məhkəmənin üzvü təyin olunmuş şəxs Konstitusiya Məhkəməsinin üzvü təyin oluna bilər. Yoxsa indiki halda qeyd etdiyim kimi, baxın, 9 Konstitusiya Məhkəməsinin üzvündən cəmi 3-ü hakim işləmiş şəxsdir. Amma Konstitusiya Məhkəməsi Ali Məhkəmənin dediyim kimi qərarlarını ləğv etmək səlahiyyətinə malikdir. Ona görə də bu, daha doğru olar, həm də o istisnaları biz bununla da aradan qaldırmış olarıq. Yox, əgər biz yenə də bu istisnalara yol verəcəyiksə, o halda heç olmasa həm Ali Məhkəməyə, həm Konstitusiya Məhkəməsinə aid tələbləri eyniləşdirmək lazımdır. Burada da hesab edirəm ki, 10 il müddət nəzərdə tutulsa, yəni hüquqşünas ixtisası üzrə 10 il işləmiş şəxslərin təyin olunması daha doğru olar”.

 


OXŞAR XƏBƏRLƏR

Tramp Putinlə söhbəti çox məhsuldar adlandırıb

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığını çox məhsuldar adlandırıb.   Sfera.az xəbər verir ki, bu barədə Tramp &l...

Sudandakı müharibə səbəbindən dünya Coca-Cola, şirniyyat və yogurtsuz qala bilər

Sudandakı müharibə bütün dünyada, o cümlədən ABŞ-da qida və kosmetika istehsalına təhlükə yaradıb. Sudandakı hərbiləşdirilmiş RSF (Sürətli Dəstək Qüvvələri) qru...

İlham Əliyev və Mehriban Əliyeva Ağdərəyə səfər edib – Yeni görüntülər

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ölkə başçısının birinci xanım Mehriban Əliyeva ilə Ağdərə rayonuna səfərindən görüntülər paylaşılıb. &nbs...

Gəncədə avtomobil 3 piyadanı vurdu

Gəncədə avtomobil bir neçə piyadanı vuraraq xəsarət yetirib.   Sfera.az-ın məlumatına görə, qəzada yaralanmış üç piyada – 1996-cı il təvəl...

Putin və Tramp İsraillə bağlı razılaşdı

ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin telefon danışığı zamanı İranın heç vaxt İsraili məhv edəcək mövqedə olmaması barədə razılaşıblar....

Prezidentin sakinlərlə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə gö...