Ləğv edilən mərkəzin əməkdaşları işlə təmin olundu

Ləğv edilən mərkəzin əməkdaşları işlə təmin olundu

Ləğv edilmiş Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin işçiləri Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işlə təmin olunublar.

 

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, akademiyanın Dilçilik İnstitutunda Monitorinq və linqvistik təhlil adlı yeni şöbə yaradılıb.

 

Filologiya elmlər doktoru, professor Sevinc Əliyeva şöbəyə müdir təyin olunub. O, əvvəllər Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru işləyib.

 

Ləğv edilən mərkəzin əməkdaşlarının bir qismi Monitorinq və linqvistik təhlil şöbəsində işlə təmin olunublar.

 

AMEA-nın Dilçilik İnstitutunun mətbuat xidmətinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Təranə Şükürlü Teleqraf-a açıqlamasında xəbəri təsdiqləyib.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il qərarı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin işçilərinin say həddi 17 ştat vahidi təsdiq edilmişdi.

 

Prezident İlham Əliyevin 21 noyabr 2024-cü il sərəncamı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilib.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...