Ələsgər Məmmədli ilə bağlı qərar verilib


Ələsgər Məmmədli ilə bağlı qərar verilib

Media eksperti, "Toplum TV"nin həmtəsisçisi Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə daxil olan vəsatətə baxılıb.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, vəkil Fəxrəddin Mehdiyevin verdiyi məlumata görə, bu gün Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, vəsatət təmin edilməyib.

 

Qeyd edək ki, Ələsgər Məmmədli "Toplum TV" işi üzrə həbs edilib.

 

Xatırladaq ki, ötən il martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

 

"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

 

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.


OXŞAR XƏBƏRLƏR

Daxılların adətən donuz formasında dizayn edilməsinin təəccüblü səbəbi - FOTO

Daxıllar insanlara pul qənaət etmək vərdişini inkişaf etdirməyə kömək etmək üçün ən çox istifadə edilən obyektlərdən biridir.   Bəs heç düşünmüsünüz...

Boşanma zamanı ev işi üçün 6800 dollar tələb edib: Məhkəmə 5 dəfə çox təzminat verdi

Bu yaxınlarda Çinin mərkəzindəki Zhongyuan Rayon Məhkəməsi boşanma zamanı ev işlərini gördüyünə görə qadına təqribən 35 min dollar təzminat təyin etmə qərarı çı...

Kommunal xidmətlərlə bağlı yenilik

Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi Azərbaycan Respubli...

Azərbaycanda Novruz bayramıdır

Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir.   Sfera.az-ın məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası &ldq...

Əkrəm İmamoğlunun yeni görüntüləri yayıldı – VİDEO

İmamoğlunun ortağı olduğu şirkət məhkəmə qərarı ilə müsadirə edildi   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.   ...

Alyona Əliyeva paylaşım etdi -FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial media hesabında Novruz bayramı ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki, paylaşımda d...