DYP gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

DYP gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Novruz bayramı ilə əlaqədar ölkə yollarında nəqliyyat vasitələrinin və sərnişin axınının artması gözlənilir. 

 

Əhalinin bölgələrə, kəndlərə səfərlərinin artması, bayram şənliklərinin keçirildiyi məkanlarda sıxlığın yaranması nəzərə alınaraq, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

Bu müddətdə respublikanın magistral yollarında, şəhərlərə və rayon mərkəzlərinə giriş-çıxışlarda, turizm və istirahət zonalarına aparan yollarda nəzarət tədbirləri gücləndiriləcək.

 

Sfera.az xəbər verir ki, Baş Dövlət Yol Polisi sürücüləri və piyadaları xüsusilə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

 

Sürücülərə uzun səfərlər öncəsi nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaları, yorğun halda sükan arxasına əyləşməmələri tövsiyə edilir.

 

Bayram günlərində sərnişindaşıma ilə məşğul olan sürücülərə isə reysqabağı nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq və sürət həddini aşmamaq tövsiyə olunur.

 

Baş DYP İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarının bayramını təbrik edir və  yol hərəkəti təhlükəsizliyə birgə töhfə verməyi xahiş edir.

 

Bayram günlərində hər kəsə təhlükəsiz və xoş səyahətlər arzulayırıq!


OXŞAR XƏBƏRLƏR

Daxılların adətən donuz formasında dizayn edilməsinin təəccüblü səbəbi - FOTO

Daxıllar insanlara pul qənaət etmək vərdişini inkişaf etdirməyə kömək etmək üçün ən çox istifadə edilən obyektlərdən biridir.   Bəs heç düşünmüsünüz...

Boşanma zamanı ev işi üçün 6800 dollar tələb edib: Məhkəmə 5 dəfə çox təzminat verdi

Bu yaxınlarda Çinin mərkəzindəki Zhongyuan Rayon Məhkəməsi boşanma zamanı ev işlərini gördüyünə görə qadına təqribən 35 min dollar təzminat təyin etmə qərarı çı...

Kommunal xidmətlərlə bağlı yenilik

Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi Azərbaycan Respubli...

Azərbaycanda Novruz bayramıdır

Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir.   Sfera.az-ın məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası &ldq...

Əkrəm İmamoğlunun yeni görüntüləri yayıldı – VİDEO

İmamoğlunun ortağı olduğu şirkət məhkəmə qərarı ilə müsadirə edildi   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.   ...

Alyona Əliyeva paylaşım etdi -FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial media hesabında Novruz bayramı ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki, paylaşımda d...