Azərbaycanda aktiv sürüşmə zonaları açıqlandı
Torpaq sürüşməsi Böyük Qafqazın cənub-şərq hissəsi üçün xarakterikdir. Quba, Qusar, Siyəzən, Şabran, Şamaxı, İsmayıllı, Qobustan ərazilərində sürüşmə təhlükəsi var. Sfera.az xəbər verir ki, bunu Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov Teleqraf -a açıqlamasında deyib. “Yaz fəsli sürüşmələrin aktiv olduğu fəsildir. Qış dövründə yağan qarın əriməsi, torpağın su ilə doyması, yağıntılı dövrün bunlarla üst-üstə düşməsi