Nazirlik elmi müəssisələrin ləğvinin səbəbini açıqladı


Nazirlik elmi müəssisələrin ləğvinin səbəbini açıqladı

Ölkə başçısının “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq sərəncamına əsasən, nazirliyin tabeliyində olan bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılması nəzərdə tutulur.

 

Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən bildirlib.

 

Qeyd olunub ki, elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən, institutlararası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm strateji sənəd olan Sərəncam əsasında oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları yaradılacaq: "Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən 2 yeni elmi müəssisə formalaşdırılacaq. Bəzi elmi-tədqiqat institutları isə regionlarda fəaliyyət göstərən dövlət universitetlərinin tabeliyinə veriləcək ki, bu da elm və təhsilin inteqrasiyasını daha da gücləndirilməsinə xidmət edəcək. Əlavə olaraq, artıq fəaliyyət effektivliyi zəif olan bəzi elmi-istehsalat birliklərinin fəaliyyətinə xitam veriləcək.

 

İslahat xarakteri daşıyan Sərəncam çərçivəsində əməkdaşların sosial rifahı, həyat səviyyəsi və elmi yaradıcılığı üçün daha yaxşı şəraitin yaradılması əsas prioritetlərdəndir. Burada əsas məqsəd elmi müəssisələrin fəaliyyətinin effektivliyini artırmaq, dövlət büdcəsindən səmərəli istifadəni təmin etmək, idarəetməni sadələşdirmək və alimlərin əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsini həyata keçirməkdir. Eyni zamanda gənc alimlərin və tədqiqatçıların dəstəklənməsi, regionlarda elmi potensialın artırılması, təhsillə elmin sintezinin gücləndirilməsi islahatın əsas hədəfləri sırasındadır.

 

Bildiririk ki, struktur dəyişiklikləri tədqiqat mühitinin təkmilləşdirilməsinə, elmi nəticələrin tətbiqyönümlü olmasına və beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə imkan verəcək.

 

Müəssisələrin publik-hüquqi şəxs statusunda yaradılması nəticəsində alternativ maliyyələşmə mexanizmlərinin istifadəsinə şərait yaradılacaq, elmi resurslardan daha səmərəli istifadə ediləcək, gənc tədqiqatçılar üçün daha əlçatan və müasir infrastruktur formalaşacaq, həmçinin elmin cəmiyyətlə daha yaxından inteqrasiyası təmin olunacaq".

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Sərəncamdan irəli gələn məsələlərin icrasının təmin edilməsi, yeni institutların fəaliyyətinin düzgün təşkili və elmi mühitin daha da inkişaf etdirilməsi üçün bütün zəruri addımları atacaq.


OXŞAR XƏBƏRLƏR

Bir həftə ərzində 200 meymunun Nyu Yorku zəbt etdiyi inanılmaz hadisə

1935-ci ilin yayında Nyu-York tarixin ən fövqəladə hekayələrindən birinə şahid oldu. Yüzlərlə meymun Frank Bakın Cəngəllik Düşərgəsindən qaçaraq şəhəri tamamilə...

Kiçik silindirin böyük fəlakəti: Sakinlərini Xərçəngə yoluxduran yaşayış binası

Bəzən kiçik bir laqeydlik illərlə davam edən faciəyə çevrilə bilər. Ukraynanın Kramatorsk radioloji qəzası bunun ən ağrılı nümunələrindən biridir. Karxanada itə...

Bir-birindən xəbərsiz böyümələrinə baxmayaraq eyni həyatı yaşayan əkizlər - Cim qardaşları

Bəzən bəzi hekayələr həqiqət ola bilməyəcək qədər qəribə görünür. Bu, 1940-cı ildə cəmi üç həftəlik olarkən müxtəlif ailələr tərəfindən övladlığa götürülən Cim ...

4 yaşında evdən qaçaraq itlərlə yaşamağa başlayan oğlan - FOTO

İvanın həyatı sevimli uşaqlıq nağılından daha çox faciəli romana bənzəyirdi. Spirtli içki aludəçisi babası tərəfindən böyüdülüb və çox vaxt günlərlə evdə tək qa...

Martda öldü, dörd ay sonra dirildi: İstanbulda filmlərə bənzəyən hadisə

İstanbulda filmlərə bənzəyən hadisə baş verib. Erol T. adlı vətəndaş mart ayında həyatını itirib və onun cansız bədəni Ədliyyə Tibb Qurumunda qardaşı tərəfindən...

Ağdaban qətliamından 33 il ötür

Bu gün Ağdaban qətliamının növbəti ildönümüdür.   Sfera.az  xatırladır ki, erməni silahlı qruplaşmalarının 1992-ci il aprelin 7-dən 8-nə keçən g...