Ədalət Verdiyev azadlığa buraxıldı

Ədalət Verdiyev azadlığa buraxıldı

Bir müddət əvvəl həbs edilən tanınmış hərbi ekspert Ədalət Verdiyevin məhkəmə prosesi başa çatıb.

 

Sfera.az-ın məlumatına görə, Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) təqsirli bilinib. O, 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Ona təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub. Ə.Verdiyev məhkəmə zalından azadlığa buraxılıb.

 

Xatırladaq ki, ötən ilin noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi əraziləri lentə alaraq sosial şəbəkə hesabı vasitəsilə yaymasına və Azərbaycanın qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdi.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda borcu olan bu şəxslərə SMS göndəriləcək

Azərbaycanda ölkədən getmək hüquqi məhdudlaşdırılan borclu fiziki şəxsə və hüquqi şəxsin icra orqanının rəhbərinə bu barədə məlumat verilməsi qaydası dəyişir. ...

"Kızıl goncalar" yayımdan qaldırıldı

"Kızıl goncalar" serialı bu gün yayımlanmayacaq.   Sfera.az xəbər verir ki, ekran işi aşağı reklam gəliri səbəbindən yayımdan qaldırıl...

"Ayıq sürücü"nün aktyorlarına hücum edilib? - DİN-dən açıqlama

"Ayıq sürücü" filmində iştirak edən aktyorların təhdid olunması və hücuma məruz qalması ilə bağlı iddialar araşdırılıb.   Sfera.az-ın məlum...

Hər gün minlərlə insanın keçdiyi bu hava limanında niyə iki qəbir var? - FOTO

Təyyarənin uçuş-enmə zolaqları çox vaxt yalnız uçuş və enişlərin həyata keçirildiyi adi ərazilər kimi görünür. Ancaq bəzi treklərin yerin altında gizlədilmiş qe...

Tramp Çinə xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp Çinə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, o bildirib ki, Çin ikitərəfli tariflərə cavab olaraq elan etdiyi 34 fai...

Ağlasığmaz hadisə: uşağın ağciyərindən görün nə çıxarıldı - VİDEO

Bakıda 9 yaşlı uşağın ağciyərindən yad cisim çıxarılıb.   Sfera.az-ın məlumatına görə, Zaqatala sakini olan İslam Qurbanovun  səhhətində narahat...