"Kartdan karta" köçürmə edənlərin nəzərinə

"Kartdan karta" köçürmə edənlərin nəzərinə

Son zamanlar bəzi mağazalarda POS-terminal cihazları mövcud olsa da, müştərilərdən ödənişi “card to card” yolu ilə, yəni birbaşa kartdan karta pul köçürmə şəklində etmələri tələb olunur. Bu halda həm alıcılar çek ala bilmirlər deyə narazı qalırlar. Bundan əlavə POS-terminalla ödənişin olmaması şəffaflıq baxımından suallar doğurur.

 

Bəs bunun cəriməsi nədir? Ümumiyyətlə, hansı mağazalarda posterminal məcburidir?

 

Hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, illik dövriyyəsi 200 min manatı ötən sahibkarlar, yəni ƏDV ödəyiciləri üçün POS-terminalın olması mütləqdir:

 

“Lakin hər bir halda, əgər POS-terminal yoxdursa belə, alıcı ödənişi nağd şəkildə də edə bilər. Sadəcə burada vacib məsələ odur ki, ödəniş kartla edilirsə, bu zaman onun sahibkar hesabına yönəldilməlidir. Əgər ödəniş sahibkarın və ya satıcının şəxsi kartına edilirsə, bu, artıq vergidən yayınma halı hesab olunur”.

 

 

Ə.Həsənov qeyd edib ki, bu cür hallarda qanunvericiliyə əsasən, sahibkar tutulmalı olan vergini ödəməlidir:

 

“Üstəlik, vergidən yayınma aşkarlandıqda həmin məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur. Bundan əlavə, gündəlik olaraq da cərimələr (peniyalar) hesablanır. Nəticədə bir günlük gecikmə belə sahibkara ikiqat zərər gətirə bilər”.

 

 


OXŞAR XƏBƏRLƏR

4 yaşında evdən qaçaraq itlərlə yaşamağa başlayan oğlan - FOTO

İvanın həyatı sevimli uşaqlıq nağılından daha çox faciəli romana bənzəyirdi. Spirtli içki aludəçisi babası tərəfindən böyüdülüb və çox vaxt günlərlə evdə tək qa...

Martda öldü, dörd ay sonra dirildi: İstanbulda filmlərə bənzəyən hadisə

İstanbulda filmlərə bənzəyən hadisə baş verib. Erol T. adlı vətəndaş mart ayında həyatını itirib və onun cansız bədəni Ədliyyə Tibb Qurumunda qardaşı tərəfindən...

Ağdaban qətliamından 33 il ötür

Bu gün Ağdaban qətliamının növbəti ildönümüdür.   Sfera.az  xatırladır ki, erməni silahlı qruplaşmalarının 1992-ci il aprelin 7-dən 8-nə keçən g...

Ceyhun Bayramov həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb....

Rəşad Nəbiyev İsraildə səfərdədir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə işgüzar səfər edib.   Sfera.az xəbər verir ki, səfər çərçivəsində nəqliyyat və yol təhlükə...

Daşkəsəndə bıçaqlanma hadisəsi: polis əməliyyat keçirdi

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan ...