Hacı Vəliyevlə bağlı qərar verildi

Hacı Vəliyevlə bağlı qərar verildi

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

 

Sfera.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb və birinci istansiya məhkəməsinin qərarı dəyişdirilməyib.

 

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

 

Xətai rayon Məhkəməsin qərarına əsasən, Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR