Azərbaycanda aktiv sürüşmə zonaları açıqlandı


Azərbaycanda aktiv sürüşmə zonaları açıqlandı

Torpaq sürüşməsi Böyük Qafqazın cənub-şərq hissəsi üçün xarakterikdir. Quba, Qusar, Siyəzən, Şabran, Şamaxı, İsmayıllı, Qobustan ərazilərində sürüşmə təhlükəsi var.

 

Sfera.az xəbər verir ki, bunu Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov Teleqraf-a açıqlamasında deyib.

 

“Yaz fəsli sürüşmələrin aktiv olduğu fəsildir. Qış dövründə yağan qarın əriməsi, torpağın su ilə doyması, yağıntılı dövrün bunlarla üst-üstə düşməsi torpaq sürüşmələrini fəallaşdırır. Martın ikinci yarısı yağıntısız keçdi və hazırda da bu hal müşahidə olunur. Kifayət qədər quraqlıq olması sürüşmə hadisələrinin tezliyinin azalmasına şərait yaradır. Yaz fəslində ölkə ərazisinə həm yağıntı gətirən hava kütlələri, həm də quraq hava şəraiti yaradan kütlələr daxil olur. Bu iki hava kütlələrinin mübarizəsi yaz üçün xarakterikdir".

 

M.İsmayılovun sözlərinə görə, Böyük Qafqazın təşkil olunduğu geoloji quruluş sürüşməyə çox meyilli zonalardır: "Bu ərazilərdə ehtiyat tədbirlərinin görülməsi çox vacibdir. Bu yaxınlarda Böyük Qafqazın cənub yamacında Qax rayonunun Ləkit kəndində torpaq sürüşməsi baş verdi. Sürüşməyə meyilli zona olmasına baxmayaraq ki, yenə də bu baş verdi. Çünki vaxtilə orada güclü sürüşmələr baş verib. Zaman keçdikcə müəyyən qədər zəifləmə qeydə alınır. Bu ondan xəbər verir ki, insanların təbiətə yersiz müdaxilələri başlayıb. Ləkit kəndindəki sürüşmənin səbəbi ola bilsin Mamırlı şəlaləsinə gedən yolda görülən işlərlə əlaqəlidir, nəticədə yamac kəsilib. Meşəlik ərazi olmasına baxmayaraq hansısa müdaxilə olarsa, bu sürüşmə üçün çox aktiv fazaya keçmək deməkdir. Ona görə də burada daha ehtiyatlı olmaq lazımdır. Bu ekosistemə təsir edir, meşənin, yamacın tarazlığı pozulur, yol sıradan çıxır”, - o, bildirib.

 

Şöbə müdiri qeyd edib ki, Kiçik Qafqazda, İşğaldan azad olunan ərazilərdə, Daşkəsən, Göygöl, Gədəbəy ərazilərində də aktiv sahələr var: “Talış dağları da bu ərazilər sırasındadır. Belə ərazilərə yağıntı adətən çox düşür, bu da bir sıra köhnə sürüşmə sahələrinin aktivləşməsinə şərait yaradır. Yeni sürüşmələrin baş verməməsi üçün mütləq yamaclarda texniki işlər görəndə diqqətli olmaq lazımdır. Bakıda da hazırda aktiv olan sahələr vardır. Ancaq hava quraq olduğuna görə bu aktivlik müşahidə olunmur. Bakıda texnogen yüklənmənin çoxaldığı, sürüşmə aktivliyi olan ərazilər var. Bu sahələrdə vaxtaşırı müvafiq icra orqanları monitorinq keçirməlidir. Biz adətən sürüşmələr haqqında elmi müşahidələr aparırıq. İcra orqanları da elmi məlumatları almağa meyilli olmalıdırlar”.


OXŞAR XƏBƏRLƏR

Bir neçə şəxsə etibarnamə verənlərin DİQQƏTİNƏ

Avtomobil sahibinin bir neçə nəfərə sürücülük etibarnaməsi verməsinə tez-tez rast gəlirik. Əslində notarial qaydada qısa bir proses olan, ilk baxışdan sadə görü...

Azərbaycanlı iş adamı Türkiyədə 4 milyon avroya klub aldı - FOTO

Türkiyənin "Serik Belediyespor" klubunun səhmlərinin 50 faizini 4 milyon avroya alan azərbaycanlı iş adamının adı açıqlanıb.   Sfera.az tel...

Bu ölkədə güclü zəlzələ - Sunami təhlükəsi elan olundu

Yeni Britaniyanın Papua-Yeni Qvineya adasında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Se...

Bakıda 10-cu sinif şagirdi tanımadığı şəxsi bıçaqladı

Bakıda 10-cu sinif şagirdi avtobus dayanacağında tanımadığı şəxsi bıçaqlayıb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sab...

Əraqçi: "İsrail və ABŞ-nin İrana hücumları ağır nəticələrə gətirib çıxara bilər"

İsrail və ABŞ-nin İrana qarşı hərəkətləri təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün ağır nəticələrə səbəb ola bilər.   Sfera.az-ın TASS-a is...

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində "Rosh l...