Azərbaycanın bu ərazisində Bakı kimi şəhər salına bilər – İLGİNC
Azərbaycanda bəzi dövlət müəssisələrinin, ali təhsil müəssisələrinin və iri şirkətlərin regionlara köçürülməsi Bakıda nəqliyyat və infrastruktur yükünün azaldılmasına kömək edə bilər. Sfera.az bildirir ki, bu fikirləri Globalinfo.az -a müsahibəsində istiqlalçı millət vəkili, iqtisadçı Vahid Əhmədov deyib. Onun sözlərinə görə, Azərbaycanda avtomobillərin sayı kəskin artıb. Belə ki, 1993-cü ildə ölkədə təxminən 350 min avtomobil olduğu halda, hazırda bu rəqəm 2 milyonu ötüb. Avtomobillərin böyük