Azərbaycan dünyəvi dövlətdir - Bəs, nədir bu üsyan?
Əsrlərlə qadınlarımız cəhalətdən xilas olmaq, bir fərd kimi var olmaq üçün mübarizə aparıblar. Əsrlərlə Cəfər Cabbarlı kimi böyük ədiblərimiz “Sevil” timsalında qadınlarımıza mesajlar verib, çağırışlar ediblər ki, azad olsunlar, kölə, əsir kimi yaşamasınlar, öz haqlarını tələb etsinlər. “Sevil”in çadrasını atması qadının zülmətə, savadsızlığa qarşı üsyanı və öz mənliyini tapması idi. Şərqdə ilk dəfə qadınlara seçki hüququ verən ölkə olmağımız da təsadüfi deyil. Bu, xalqımızın azadlığa və qadın