BDYPİ-dən sürücülərə dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq

BDYPİ-dən sürücülərə dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq
Kateqoriya məlum deyil
T

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri dəmir yolu keçidlərində diqqətli olmağa çağırıb.

Sfera.az xəbər verir ki, idarənin açıqlamasında Salyan-Salmanlı dəmir yolu sahəsində qorunmayan keçiddə baş verən qəzaya diqqət çəkilib.

Məlumata görə, "Mercedes" markalı avtomobilin sürücüsü dəmir yolu xəttinin üzərində məcburi dayandığı üçün hərəkətdə olan qatarla toqquşma baş verib. Sürücü son anda avtomobili tərk edə bilib. Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobilə və dəmir yolu təsərrüfatına ciddi ziyan dəyib.

BDYPİ-nin təhlillərinə əsasən, bu cür qəzaların baş verməsinin əsas səbəblərindən biri sürücülərin məsuliyyətsiz davranışlarıdır. Yaxınlaşan qatarı görmələrinə baxmayaraq, bəzi sürücülərin yol nişanlarının və digər nizamlayıcı vasitələrin tələblərinə məhəl qoymadan dəmir yolu keçidinə daxil olmaları qəza riskini artırır.

İdarə sürücülərə xatırladıb ki, dəmir yolu keçidlərinə yaxınlaşarkən yol nişanlarına, svetoforlara, nişanlama xətlərinə, şlaqbaumun vəziyyətinə və keçid növbətçisinin göstərişlərinə əməl edilməlidir.

Həmçinin sürücülər keçidə daxil olmazdan əvvəl yaxınlaşan qatarın, lokomotivin və ya drezinanın olmadığından əmin olmalıdırlar.


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR