13 oktyabr Azərbaycanda Dəmiryolu İşçilərinin Peşə Bayramı Günüdür
Bu gün – oktyabrın 13-də Azərbaycanda Dəmiryolu İşçilərinin Peşə Bayramı Günü qeyd olunur.
Sfera.az xəbər verir ki, bu əlamətdar gün dəmir yolu nəqliyyatı sahəsində çalışan, ölkənin nəqliyyat sisteminin inkişafına töhfə verən əməkdaşların peşə bayramıdır.
Azərbaycanda dəmir yolunun tarixi XIX əsrin sonlarına gedib çıxır. Ölkədə ilk dəmir yolu xətti 1880-ci ildə Bakı ilə Sabunçu arasında istifadəyə verilib. Sonrakı illərdə dəmir yolu şəbəkəsi genişlənərək sərnişin və yük daşımalarında mühüm rol oynamağa başlayıb.
Bu gün Azərbaycan dəmir yolu həm ölkədaxili sərnişindaşıma və yükdaşımaların həyata keçirilməsində, həm də beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində əhəmiyyətli yer tutur. Xüsusilə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki mövqeyi dəmir yolunun strateji əhəmiyyətini artırır.
Dəmir yolu işçilərinin fəaliyyəti yalnız qatarların idarə olunması ilə məhdudlaşmır. Maşinistlər, dispetçerlər, yol təsərrüfatı, siqnalizasiya, rabitə və texniki xidmət əməkdaşları sərnişinlərin təhlükəsiz və rahat daşınmasında, yüklərin vaxtında təyinat yerinə çatdırılmasında mühüm rol oynayırlar.
Peşə bayramı dəmir yolu nəqliyyatının fasiləsiz fəaliyyətini təmin edən bütün əməkdaşların əməyinə verilən qiymət kimi qeyd olunur.
Dəmiryolu İşçilərinin Peşə Bayramı Günü münasibətilə bu sahədə çalışan bütün əməkdaşları təbrik edirik.
Fatimə
Sfera.az






