Fazil Mustafa: Dövlət qulluqçusu bunun üçün razılıq almamalıdır

Fazil Mustafa: Dövlət qulluqçusu bunun üçün razılıq almamalıdır
Kateqoriya məlum deyil
T

Dövlət qulluqçularının elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olması üçün çalışdıqları qurumun rəhbərindən yazılı razılıq almaq tələbinin aradan qaldırılması təklif olunub.

Sfera.az xəbər verir ki, deputat Fazil Mustafa Milli Məclisin iclasında müzakirəyə çıxarılan qanun layihəsi ilə bağlı çıxışında bu təkliflə çıxış edib. Deputat bildirib ki, elmi və yaradıcılıq fəaliyyəti dövlət qulluqçusunun ayrılmaz hüquqlarından biri kimi qiymətləndirilməlidir və bu fəaliyyət işçinin xidməti vəzifələrini yerinə yetirməsinə mane olmadığı halda əlavə icazə tələbi ilə məhdudlaşdırılmamalıdır:

“Ümumiyyətlə, yaradıcılıq fəaliyyəti, elmi fəaliyyət kiminsə rəhbərinin yazılı razılığı ilə həll olunmamalıdır. Bu, insanın hüququdur. Bəlkə rəhbərin elmə, yaradıcılığa münasibəti mənfidir, laqeyddir. Niyə bir insanın öz potensialını həyata keçirməsinə imkan verilməsin?”.

Fazil Mustafa dövlət qulluqçusunun yalnız xidməti fəaliyyəti ilə məhdudlaşan şəxs kimi təsəvvür edilməməli olduğun qeyd edib:

“Əgər bu, işinə, funksiyalarını həyata keçirməsinə mane olmursa, insan elmi yaradıcılıqla məşğul olsun. İş vaxtından kənarda, işinə mane olmayan formada bunu həyata keçirə bilər”.

F.Mustafa müvafiq müddəanın qanun layihəsindən çıxarılmasının məqsədəuyğun olduğunu deyib.

Parlamentari, həmçinin, dövlətə sadiqlik, Konstitusiyaya əməl etmək və Azərbaycanın mənafeyinə xidmətlə bağlı ifadələrin and mətnində təkrarlanmasına ehtiyac olmadığını vurğulayıb:

“Ya sadiq olmaq, Konstitusiyaya əməl etmək, Azərbaycanın mənafeyinə uyğun fəaliyyət göstərmək… Bunların üzərinə bir də üçüncü müddəanın əlavə edilməsinin anlamı qalırmı? İstərdim ki, bunu bir qədər sadələşdirək və daha rahat formada qəbul edək”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR