Nərimanov rayonunda "Şəhriyar" parkını qorxu filminə çevirdilər: Bakı Şəhər İcra Hakimiyyəti hara baxır? - FOTOLAR
Donmuş, işləməyən saatlar, köhnə skamyalar, boğazından asılmış oyuncaqlar, sellofana bükülmüş yelləncəklər, bir sözlə qorxulu filmləri xatırladan məkan... Söhbət Bakıda yerləşən parkdan gedir. Amma bu park insanların dincəlmək üçün üz tutduğu yerlərdən çox fərqlənir. Park baxımsızlıqdan tamamilə dağılıb, qorxu filmlərinin qorxunc səhnələrini xatırladır. Sfera.az -ın əməkdaşı "Şəhriyar" parkında olub, oradan maraqlı fotoreportaj hazırlayıb. Gərgin ab-havası olan ərazidə həmsöhbət olmaq üçün