Azərbaycanda 19 yaşlı tələbə faciəvi şəkildə ÖLDÜ

Azərbaycanda 19 yaşlı tələbə faciəvi şəkildə ÖLDÜ

Mingəçevirdə 19 yaşlı tələbə dəm qazından boğularaq ölüb.

 

Sfera.az xəbər verir ki, hadisə bu gün saat 12 radələrində şəhərin Sahil küçəsində yerləşən mənzillərdən birində baş verib. Belə ki, mənzilin vanna otağında 2003-cü il təvəllüdlü Qazax rayonunun İkinci Şıxlı kənd sakini Vüsal Hüseynovun meyiti aşkarlanıb. Onun dəm qazından öldüyü ehtimal olunur.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis və prokurorluq əməkdaşları hadisə yerinə gedib. Ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, V.Hüseynov Mingəçevir Dövlət Universitetinin tələbəsidir. O, həmin mənzildə kirayədə qalırmış.(Qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR

Binəqədi rayonunda YANĞIN başlayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barə...

Füzuli Hüseynova töhmət verildi - Əli Nurla davaya görə

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.   Bu barədə Sfera.az teatrın mətbuat xidmətindən bildir...

IX sinif buraxılış imtahanlarının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az Dövlət İm...

“SOCAR” və “Gunvor” İtaliyanın nəhəng neft şirkətini almağa hazırlaşır: 3 milyard avroluq saziş gündəmdə

Qlobal əmtəə treyderi “Gunvor” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın neft emalı şirkəti "İtaliana Petroli”ni almaq uğrunda...

Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi

Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var.   Sfera.az xə...

Generalın yerinə o gətirildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə rəis əvəzi təyin edilib.    Sfera.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovni...