Masallıda kişini öldürən itin sahibi kimdir?

Masallıda kişini öldürən itin sahibi kimdir?

Heyvan hüquqları müdafiəçisi Nicat İsmayılov bir neçə gün əvvəl Masallının Viləş kəndində sakinlərə hücum edən itin məhv edildiyini bildirib.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, N.İsmayılov 1 nəfəri öldürüb, digər iki nəfərə xəsarət yetirən itin qanunsuz it döyüşlərində vəhşi hala gətirildiyi üçün insanlara hücum etdiyini bildirib: “Bu ay Masallının Viləş kəndində sahibli it 3 nəfərə hücum edib. 47 yaşlı Ceyhun Fərəcov dünyasını dəyişib, digər 2 şəxs isə yaralanıb. Hadisəni sahibsiz itlərin üzərinə atmaq üçün mediaya yalan məlumat veriblər”.

 

N.İsmayılov iddia edib ki, sözügedən it Viləş kəndindən olan polis əməkdaşı Rövşən Ələmova məxsus olub, hadisədən sonra isə iti öldürüblər.

 

O, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də müraciət etdiklərini bildirib.

 

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məsələ ilə bağlı bildirib ki, Nicat İsmayılovun iddiaları həqiqətə uyğun deyil: “Adıçəkilən vətəndaş Rövşən Ələmov polis əməkdaşı deyil. İtlərin öldürülməsi ilə bağlı informasiya yanlışdır. Hazırda həmin itlər baytar nəzarəti altında saxlanılır. C.Fərəcovun ölüm faktı ilə bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır”.


OXŞAR XƏBƏRLƏR

Binəqədi rayonunda YANĞIN başlayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barə...

Füzuli Hüseynova töhmət verildi- Əli Nurla davaya görə

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.   Bu barədə Sfera.az teatrın mətbuat xidmətindən bildir...

IX sinif buraxılış imtahanlarının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az Dövlət İm...

“SOCAR” və “Gunvor” İtaliyanın nəhəng neft şirkətini almağa hazırlaşır: 3 milyard avroluq saziş gündəmdə

Qlobal əmtəə treyderi “Gunvor” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın neft emalı şirkəti "İtaliana Petroli”ni almaq uğrunda...

Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi

Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var.   Sfera.az xə...

Generalın yerinə o gətirildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə rəis əvəzi təyin edilib.    Sfera.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovni...