Əhali ən çox pulu bu ayda xərcləyir – MÜQAYİSƏ

Əhali ən çox pulu bu ayda xərcləyir – MÜQAYİSƏ

Əhali hər il ərzaq, qeyri-ərzaq və pullu xidmətlərə böyük məbləğdə pul xərcləyir.  Maraqlıdır ki, xərclənən vəsait aylar üzrə eyni olmur, hətta bir-birindən kəskin şəkildə fərqlənir. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, əhali pərakəndə ticarət məqsədilə və pullu xidmətlərdən istifadə ilə əlaqədar ən çox pulu ilin son ayında xərcləyir. 
Bu hal özünü bütün məhsul qruplarında göstərir. 


2022-ci ildə əhali ərzaq mallarının alınmasına 29,38 milyard manat xərcləyib. Bu qədər vəsaitin 4,026 milyard manatı, yəni 13,7 faizi yalnız dekabrda xərclənib. 


Bir ildə əhali qeyri-ərzaq mallarının alınmasına 22,8 milyard manat pul ayırıb. Bunun 3,034 milyard manatı, başqa sözlə 13,3 faizi dekabrda xərclənib. 


Pullu xidmətlərdə də dekabr ayı xərclərin böyük olmasına görə fərqlənib. Ötən il pullu xidmətlərə xərclənən 10,84 milyard manatın 1,33 milyard manatı, yaxud 12,27 faizi dekabr ayındakı xərclərdən ibarət olub. 


Ümumilikdə, əhalinin pərakəndə ticarət və pullu xidmətlər sahəsindəki 63 milyard manatlıq xərcinin 8,4 milyard manatı ilin son ayında rellaşdırılıb. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Tramp: ABŞ tezliklə İranla razılaşma əldə edə bilər

ABŞ və İran yaxın gələcəkdə Tehranın nüvə proqramı ilə bağlı mübahisələri həll etmək üçün razılığa gələ bilər.   Sfera.az xəbərinə görə, bunu ABŞ Pre...

Binəqədi rayonunda YANĞIN başlayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barə...

Füzuli Hüseynova töhmət verildi - Əli Nurla davaya görə

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.   Bu barədə Sfera.az teatrın mətbuat xidmətindən bildir...

IX sinif buraxılış imtahanlarının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az Dövlət İm...

“SOCAR” və “Gunvor” İtaliyanın nəhəng neft şirkətini almağa hazırlaşır: 3 milyard avroluq saziş gündəmdə

Qlobal əmtəə treyderi “Gunvor” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın neft emalı şirkəti "İtaliana Petroli”ni almaq uğrunda...

Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi

Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var.   Sfera.az xə...