Kamran Əliyev prokurorlara göstəriş verdi - FOTO

Kamran Əliyev prokurorlara göstəriş verdi - FOTO

Mayın 27-də Baş prokuror Kamran Əliyev Goranboy Rayon Prokurorluğunun inzibati binasında Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.

 

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

 

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Kamran Əliyev bölgədə yaşayan 33 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

 

Qəbuldan sonra Baş prokuror Goranboy rayon prokurorluğunun əməkdaşları ilə görüş keçirib, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verib.

 

Daha sonra Kamran Əliyev Xocalı Rayon Prokurorluğuna gələrək prokurorluğun kollektivinin iştirakı ilə iclas keçirib, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması və qəbul işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları diqqətə çatdırılıb.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Səudiyyə Ərəbistanı ilə potensial əməkdaşlığı MÜZAKİRƏ ETDİ

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndələri Səudiyyə Ərəbistanına işgüzar səfər çərçivəsində paytaxt Ər-Riyadda bir sıra qurumlarla...

Si Cinpin Fransa, Serbiya və Macarıstana səfər edəcək

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin mayın 5-10-da Fransa, Serbiya və Macarıstana səfər edəcək.   Sfera.az xarici KİV-ə istinadən xəbə...

Rasim Hüseynov vəzifəsindən AZAD EDİLDİ - SƏRƏNCAM

Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, b...

Blinken Səudiyyə Ərəbistanında SƏFƏRDƏDİR

ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərq turnesi çərçivəsində Səudiyyə Ərəbistanında səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə xarici KİV-l...

Azərbaycan əhalisinin neçə faizi artıq çəkidən əziyyət çəkir? – RƏQƏMLƏR

Son 8 ildə Azərbaycan əhalisinin orta boyunda və çəkisində nəzərəçarpacaq dəyişiklik baş verməyib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatları...

Bu aktyor “Komedixana”dan ayrıldı - FOTO

Tanınmış aktyor Cavidan Novruz "Komedixana" kollektivindən ayrıldığını bildirib.   Sfera.az bildirir ki, lent.az-a müsahibə verən aktyor bu...