ABŞ-nin 61 milyardlıq yardımı ilə bağlı RƏSMİ AÇIQLAMA: "İşğal altındakı bütün ərazilər..."

ABŞ-nin 61 milyardlıq yardımı ilə bağlı RƏSMİ AÇIQLAMA:

 

"Rəsmi Vaşinqtonun son hərbi yardımı Ukraynaya işğal altındakı bütün ərazilərini azad etmək üçün kifayət etməyə bilər".

 

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında qeyd olunub.

 

“Bu hərbi yardım Ukraynanın hazırda ehtiyac duyduğu yardımın yalnız bir hissəsidir. ABŞ rəsmilərindən biri bəyan edib ki, sözügedən hərbi yardımın məqsədi rəsmi Kiyevin itkilərini dayandırmaq və Ukraynaya müəyyən uğurlar əldə etməyə kömək etməkdir”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ yardımı bir az da ləngitsəydi, bu, Ukrayna üçün ciddi itkilərə və müharibənin başa çatmasına səbəb ola bilərdi:

 

“Lakin yardım Ukraynaya çatana qədər Rusiya müəyyən ərazi qazancları əldə etməyə çalışa bilər. Mümkündür ki, Ukraynanın infrastruktur obyektlərinə kütləvi hücumlar olsun. Amma yardım Ukraynaya çatandan sonra cəbhədəki vəziyyət müəyyən qədər sabitləşə bilər. Yəqin ki, Kiyev cəbhədə irəliləməyə çalışmaqla yanaşı, həm də Rusiya ərazisində xüsusi əməliyyatlar keçirməyə cəhd edəcək. Bu, müəyyən müddət üçün nəticə verə bilər. Ancaq daimi olmayacaq”.

 

Müsahibimiz bildirib ki, Ukrayna ayrılan vəsaitdən mümkün qədər uğurlu, lazım gələrsə, qənaətlə istifadə etməyi bacarmalıdır:

 

“Növbəti yardım məsələsi ABŞ-dəki prezident seçkilərinin nəticəsindən asılıdır. Nəticələrin necə olacağı isə hələ məlum deyil. Nəzərə almaq lazımdır ki, ABŞ ən kritik anda Ukraynaya yardımı təsdiqlədi. Halbuki bunu, bəlkə də, daha erkən edə bilərdi. Görünən odur ki, Vaşinqtonu düşündürən Ukraynanın taleyi yox, öz maraqlarıdır. Bu maraqlar isə ən azından hələ ki, müharibənin davam etməsini tələb edir”.

 

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Prezident Co Bayden isə aprelin 24-də hərbi yardım haqqında qanunu imzalayıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Britninin lənəti: Castin Timberleykin sənətə qayıtması böyük uğursuzluqla nəticələndi

Hazırda “Forget Tomorrow” dünya turnesində olan Castin Timberleykin maliyyə vəziyyəti heç də ürəkaçan deyil.    Sfera.az bildirir ki...

Sığorta, məzuniyyət, təqaüd: Dünyada ilk dəfə seks işçiləri üçün əmək məcəlləsi qəbul edildi

Belçika hökuməti Avropada və dünyada seks işçiləri haqqında ilk əmək qanununu qəbul edib.   Sfera.az xəbər verir ki, bu ayın əvvəlində Belçikada seks...

İnsanların evinin yaxınlığındakı çimərliyə getməsini qadağan etmək istəyir 

Son 15 ildir ki, San-Fransiskoda milyarder Vinod Xosla evinin yaxınlığındakı çimərliyə girişi məhdudlaşdırmaq üçün mübarizə aparır. Ancaq bu dəfə də bu cəhd yen...

Naxçıvanda yaşayan ailələrin sayı açıqlandı

Hazırda Naxçıvan Muxtar Respublikasında 99 min 695 ailə yaşayır.   Bu barədə Sfera.az-a Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri ...

Şahzadə Harri və Meqan Markl yeni uğursuzluğa düçar oldular

Şahzadə Harri və Meqan Marklın “Archewell” Fondunda (“Archewell Foundation”) qanun pozuntusu aşkar edildikdən sonra fonda pul yığmaq və ...

“Kann” kinofestivalında qırmızı xalça üzərində sürpriz - FOTO

“Kann” kinofestivalında qırmızı xalça daim bütün dünya kinosevərlərinin diqqətini çəkir.    Sfera.az bildirir ki, 77-ci “Beynə...