Türkiyə şirkəti Ağdam Sənaye Parkında REZİDENT OLACAQ

Türkiyə şirkəti Ağdam Sənaye Parkında REZİDENT OLACAQ

Türkiyənin dəri məmulatlarının istehsalı üzrə ixtisaslaşmış “Birlik Deri” şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu veriləcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu yanında Ticarət Nümayəndəliyi məlumat yayıb.

 

Məlumata görə, şirkət Qarabağ iqtisadi rayonunda fəaliyyətini inkişaf etdirməyi planlaşdırır.

 

“Azərbaycanda aprelin 25-də keçirilmiş Sahibkarlar Günündə “Birlik Deri” şirkətinə rezident statusunun verilməsi qərara alınıb”, - nümayəndəlikdən bildirilib.

 

Məlumatda qeyd olunub ki, Türkiyə şirkətinin sahibi Burhan Demirsesin Ticarət Nümayəndəliyində ilk görüşü 2023-cü il noyabrın 24-də baş tutub və o, şirkətin Qarabağın bərpasında iştirak etmək niyyətini açıqlayıb: “Birlik Deri”nin Ağdam Sənaye Parkında gələcək fəaliyyəti Qarabağ regionunun inkişafına, buraya qayıdan əhalinin məşğulluğuna və sosial-iqtisadi rifahının yaxşılaşmasına töhfə verəcək”.

 

Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il mayın 28-də Ağdam Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. Sənaye parkının ərazisi 190 hektardır. Park rezidentlərinin ümumi investisiyaları 200 milyon manatdan çox qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR

Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya EDİLDİ

Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 14 may 2024-cü il tarixində Suriya Ərəb Respublikasının münaqişə bölgə...

Tanınmış juranlistə yeni VƏZİFƏ VERİLDİ - FOTO

Ədliyyə Nazirliyinin Mətbuat xidmətində yeni təyinat olub.   Sfera.az xəbər verir ki, nazirliyin Mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası jurnal...

Azərbaycan və Belarus XİN başçıları GÖRÜŞDÜ - YENİLƏNDİ

Azərbaycanın və Belarusun xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Aleynik arasında geniş tərkibdə görüş keçirilib.   Sfera.az Azərbaycan Xar...

Azərbaycan əhalisi geyimə nə qədər pul xərcləyib? - STATİSTİKA

Azərbaycanda yaşayan insanların toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclədiyi pul bu ilin yanvar-aprel ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisə...

Pentaqondan Xarkovla bağlı SOS SİQNALI: “Nə olursa olsun...”

“Rusiya döyüş meydanında narahatlıq doğuran bəzi nailiyyətlər əldə edib”.   Sfera.az bildirir ki, bunu Pentaqonun sözçüsü Patrick Rayder ...

ABŞ-dən Çin mallarına QADAĞA: Bu məhsullara 100 faiz rüsum tətbiq olunacaq  

ABŞ hökuməti Çindən alınan mallara, əsasən də elektrik avtomobilləri və günəş panellərinin idxalına rüsumları kəskin şəkildə artırıb. İdxal zamanı elektrik avto...