İlham Əliyev Datuk Mutanq Taqalı QƏBUL ETDİ - YENİLƏNDİ - FOTO

İlham Əliyev Datuk Mutanq Taqalı QƏBUL ETDİ - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib.

 

Sfera.az xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə də əlaqələrimizin fəallaşacağına ümidvar olduğunu vurğulayıb.

 

Prezident İlham Əliyev Malayziyanın beynəlxalq aləmdə Azərbaycana göstərdiyi dəstəyə toxunaraq həm torpaqlarımızın işğalı zamanı, həm də tarixi nailiyyətimiz olan ərazilərimizin işğaldan azad olunmasından, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasından sonra Malayziyanın ölkəmizə daim dəstək göstərməsini yüksək qiymətləndirdi. Azərbaycan Prezidenti torpaqlarımızın ermənilər tərəfindən işğalı dövründə həmin ərazilərimizdə məhv edilmiş dini-tarixi abidələrimiz barədə məlumat verib.

 

Datuk Mutanq Taqalın Azərbaycana səfərinin münasibətlərimizin genişlənməsi, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişafı baxımından önəmini qeyd edən dövlətimizin başçısı bu səfərin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.

 

Datuk Mutanq Taqal ilk növbədə Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin salamlarını və yenidən prezident seçilməsi münasibətilə bir daha təbriklərini dövlət başçısına çatdırıb.

 

Prezident İlham Əliyev salamlara və təbriklərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziyanın Kralına çatdırmağı xahiş etdi.

 

Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkələrimizin bu hərəkatın gücləndirilməsi istiqamətində fəal birgə əməkdaşlıq həyata keçirdikləri, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında da Azərbaycan ilə Malayziyanın yaxından qarşılıqlı fəaliyyət göstərdikləri məmnunluqla qeyd olunub.

 

Ölkələrin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycan ilə Malayziya arasında mövcud olan güclü siyasi əlaqələrin investisiya, ticarət sahələrində və biznes dairələri arasında əməkdaşlığın fəallaşması üçün yaxşı imkan yaratdığı bildirilib.

 

Görüşdə COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

 

***

 

11:15

 

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.


OXŞAR XƏBƏRLƏR

Pərviz Şahbazov Gürcüstana SƏFƏR ETDİ

Energetika naziri Pərviz Şahbazov Gürcüstana səfər edib.   Sfera.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, nazir və rəhbərlik etd...

Ərdoğan təcili iclas ÇAĞIRDI: “Türkiyədə çevriliş cəhdi ola bilər” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə çevriliş təhlükəsi ilə əlaqədar təcili iclas çağırıb.   Sfera.az bildirir ki, bu barədə “Türkiy...

Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük prosedurlarının sadələşdirilməsi MÜZAKİRƏ EDİLDİ

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirilib.   S...

İan Borq Gürcüstan XİN başçısı ilə danışıqlar APARDI

ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın xarici işlər na...

Məşhur aktrisa SAXLANILDI - FOTO

Türkiyənin ən çox izlənən “Kızılcık Şerbeti” serialında 'Nilay' obrazını canlandıran Feyza Civelek narkotik sifarişi etdiyi üçün polis tərəf...

“Svetofor” işləmədikdə sürücülər nə etməlidir? – Yol polisindən MÜRACİƏT 

Səhər saatlarında Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.   Bu barədə Sfera....