Mürsəl İbrahimov Qəbələdə vətəndaşların problemlərini dinlədi - FOTO

Mürsəl İbrahimov Qəbələdə vətəndaşların problemlərini dinlədi - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov aprelin 26-da Xidmətin Qəbələ rayon şöbəsinin inzibati binasında Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən şəhər və rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

 

Qəbulda 21 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

 

Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

 

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.


OXŞAR XƏBƏRLƏR

Qalmaqallı tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir - Nəsimi rayonunda qalmaqal

Mütəmadi olaraq qalmaqallı xəbərlər və vətəndaşların hüquqlarını pozması ilə gündəmə gələn “Pilot-16” tikinti şirkəti narazılıq yaratmaqda davam edi...

Hərbi kolleclərdə təhsil almaq istəyənlərin diqqətinə - VİDEO

Milli Müdafiə Universitetinin hərbi kolleclərində orta ixtisas təhsili pilləsinə 2024/2025-ci tədris ili üçün qəbul davam edir.   Bu barədə Sfera.az-...

Ərdoğan Ukrayna Ali Radasının sədri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Ukrayna Ali Radasının sədri Ruslan Stefançuku qəbul edib.   Sfera.az xəbər verir ki, bu...

Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtın bir sıra ərazilərində taksi fəaliyyəti ilə m...

Slovakiya Baş nazirinə sui-qəsd anının görüntüsü yayılıb - VİDEO

Slovakiya Baş nazirinə sui-qəsd anının görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fitso hökumət binasından çıxandan...

Ukraynada prezident seçkilərinin nə vaxt keçiriləcəyi açıqlandı - 2 əsas namizəd var...

Ukraynada seçkilər o zaman baş tutacaq ki, ölkə vətəndaşları şərtlərin buna imkan verməsi ilə razılaşsınlar. Sfera.az "RİA Novosti"yə istinadən x...