Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu VERİLDİ - FOTO

Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu VERİLDİ - FOTO

Bilirsiniz ki, üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi.

 

Sfera.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov "Vətən müharibəsində itkin düşmüş 6 hərbçinin tapılması üçün hansı işlər görülür" sualına cavab olaraq deyib.

 

O bildirib ki, hətta valideynlərin istəyi nəzərə alınaraq, onlar da axtarış-araşdırma işlərinə cəlb edilib, lakin aparılan axtarışlar nəticə verməyib və həmin şəxslər itkin düşmüş şəxslər kimi Dövlət Komissiyasında qeydiyyata alınıblar: “Qanunvericiliyin tələblərinə əsasən, onlara artıq şəhid statusu verilib. Buna baxmayaraq, bu məsələ heç vaxt gündəlikdən düşməyib, düşməyəcək də… Həm Vətən müharibəsi dövründə itkin düşən 6 nəfərin, həm Vətən müharibəsindən sonra Laçın istiqamətində itkin düşmüş 2 əsgərimizin taleyinin müəyyən olunması qarşımızda duran əsas vəzifələrdən biridir”.

 

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ

Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib.   Bu barədə Sfera.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  ...

Zelenskidən cəbhədəki vəziyyətlə bağlı QƏRAR: İki ölkəyə...

Ukrayna Prezidenti Volodimir Zelenski İspaniya və Portuqaliyaya səfərlərini ləğv edib.   Sfera.az bildirir ki, səbəb kimi Rusiya ilə müharibənin şid...

Avropanın mobil telefonla ən çox danışılan ölkəsi BUDUR 

Türkiyədə mobil telefondan istifadə edən şəxslər ay ərzində adambaşına orta hesabla 477 dəqiqə danışıblar.  Sfera.az Türkiyənin Nəqliyyat və İnfrastru...

Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə GÖRÜŞDÜ

Mayın 15-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşd...

Xidmət rəisi Masallıda vətəndaşlarla görüşdü - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov mayın 15-də Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Masa...

Azərbaycanda FACİƏ: Azyaşlı bacı-qardaş...

Ağcabədi rayonunun Boyat kəndində dəm qazından zəhərlənən iki azyaşlıdan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az report-a istinadən xəbər ...