Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO

Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO

Xalq artisti Flora Kərimova "İnternational Medical Centre" klinikası və plastik-cərrah Sevinc Heydərovanı yenidən məhkəməyə verib.

 

Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, məhkəmə prosesi mayın 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, F.Kərimova ilə S.Heydərova arasında məhkəmə çəkişməsi ötən ilin fevralda başlayıb. Ancaq 10 ay ərzində hakim məhkəməni yekunlaşdıra bilməyib və müğənninin iddiası ilə bağlı iş məhkəmə-tibbi ekspertizasına göndərilib.

 

Qeyd edək ki, S.Heydərova sosial şəbəkə hesablarında özünü plastik-cərrah kimi tanıdıb və 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. F.Kərimovanın mətbuata verdiyi açıqlamalara görə, S.Heydərova həkimliyə başlayanda əvvəl endikrinoloq, nevroloq, lap sonda isə plastik-cərrah kimi fəaliyyətini davam etdirib.


OXŞAR XƏBƏRLƏR

Britninin lənəti: Castin Timberleykin sənətə qayıtması böyük uğursuzluqla nəticələndi

Hazırda “Forget Tomorrow” dünya turnesində olan Castin Timberleykin maliyyə vəziyyəti heç də ürəkaçan deyil.    Sfera.az bildirir ki...

Sığorta, məzuniyyət, təqaüd: Dünyada ilk dəfə seks işçiləri üçün əmək məcəlləsi qəbul edildi

Belçika hökuməti Avropada və dünyada seks işçiləri haqqında ilk əmək qanununu qəbul edib.   Sfera.az xəbər verir ki, bu ayın əvvəlində Belçikada seks...

İnsanların evinin yaxınlığındakı çimərliyə getməsini qadağan etmək istəyir 

Son 15 ildir ki, San-Fransiskoda milyarder Vinod Xosla evinin yaxınlığındakı çimərliyə girişi məhdudlaşdırmaq üçün mübarizə aparır. Ancaq bu dəfə də bu cəhd yen...

Naxçıvanda yaşayan ailələrin sayı açıqlandı

Hazırda Naxçıvan Muxtar Respublikasında 99 min 695 ailə yaşayır.   Bu barədə Sfera.az-a Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri ...

Şahzadə Harri və Meqan Markl yeni uğursuzluğa düçar oldular

Şahzadə Harri və Meqan Marklın “Archewell” Fondunda (“Archewell Foundation”) qanun pozuntusu aşkar edildikdən sonra fonda pul yığmaq və ...

“Kann” kinofestivalında qırmızı xalça üzərində sürpriz - FOTO

“Kann” kinofestivalında qırmızı xalça daim bütün dünya kinosevərlərinin diqqətini çəkir.    Sfera.az bildirir ki, 77-ci “Beynə...