Azərbaycan Səudiyyə Ərəbistanı ilə potensial əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Azərbaycan Səudiyyə Ərəbistanı ilə potensial əməkdaşlığı MÜZAKİRƏ ETDİ

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndələri Səudiyyə Ərəbistanına işgüzar səfər çərçivəsində paytaxt Ər-Riyadda bir sıra qurumlarla görüşlər keçirib, potensial əməkdaşlığı müzakirə edib.

 

Sfera.az bu barədə Agentliyə istinadən xəbər verir.

 

Məlumata görə, İslam Ticarət və İnkişaf Palatası (ICCD) ilə görüşdə tərəflər arasında birgə tədbirlərin təşkili və şirkətlər arasında əlaqələrin qurulmasına dair müzakirələr aparılıb, o cümlədən cari ilin may ayında İordaniyada keçirilməsi planlaşdırılan “Rəqəmsal iqtisadiyyat” və noyabrda Azərbaycanda baş tutması nəzərdə tutulan “Dayanıqlı kənd təsərrüfatı” tədbirləri barədə fikir mübadiləsi aparılıb.

 

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev COP-29 çərçivəsində keçirilməsi planlaşdırılan Azərbaycanın ilk investisiya forumu haqqında məlumat verib, sözügedən platformanın ikitərəfli dayanıqlı tərəfdaşlıq baxımından önəmi vurğulanıb.

 

“Khattab Group” ilə görüşdə isə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkəmizin investisiya potensialı, o cümlədən xüsusi iqtisadi zonalar, tətbiq olunan güzəşt və imtiyazlar barədə məlumatı diqqətə çatdırıb. Qrup ölkəmizə investisiya yatırılmasına maraq göstərib.


OXŞAR XƏBƏRLƏR

Bayden və Zelenski yaxın həftələrdə görüşə BİLƏRLƏR

ABŞ və Ukrayna prezidentləri Cozef Bayden və Volodimir Zelenskinin yaxın bir neçə həftə ərzində görüş ehtimalı yüksəkdir.   Sfera.az Ukrayna KİV-ə is...

Əhaliyə sabahla bağlı XƏBƏRDARLIQ! - Saat 09:00-dan...

Sabah saat 09:00-dan etibarən Bakı şəhəri, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki yol qovşağında təmir işlərinə başlanılacaq.   ...

Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ

Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib.   Bu barədə Sfera.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  ...

Zelenskidən cəbhədəki vəziyyətlə bağlı QƏRAR: İki ölkəyə...

Ukrayna Prezidenti Volodimir Zelenski İspaniya və Portuqaliyaya səfərlərini ləğv edib.   Sfera.az bildirir ki, səbəb kimi Rusiya ilə müharibənin şid...

Avropanın mobil telefonla ən çox danışılan ölkəsi BUDUR 

Türkiyədə mobil telefondan istifadə edən şəxslər ay ərzində adambaşına orta hesabla 477 dəqiqə danışıblar.  Sfera.az Türkiyənin Nəqliyyat və İnfrastru...

Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə GÖRÜŞDÜ

Mayın 15-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşd...