Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət etdi - VİDEO 

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət etdi - VİDEO 

Xalq artisti Tünzalə Ağayeva Xalq şairi, dramaturq, ictimai xadim Səməd Vurğunun ev-muzeyini ziyarət edib.

 

Sfera.az xəbər verir ki, pop ulduz bununla bağlı şəxsi “İnstagram” hesabında video paylaşıb.

 

O, yayımladığı videoya belə bir şərh yazıb:

 

“Sənətinin sənətkarı, dahilərin mühitində seçilən sənətkar olmaq bir xoşbəxtlikdir. Səməd Vurğunun Xavər xanımla yaşadıqları evdə olmaq, Üzeyir Hacıbəylinin, Qara Qarayevin , Fikrət Əmirovun , Arif Məlikovun , Süleyman Ələsgərovun, Səid Rüstəmovun, Yusif Səmədoğlunun ifa etdiyi pianoda oxumaq, hə, bir də böyük Səməd Vurğunun nəticəsi, dəyərli pianoçu Vurğun Vəkilovun müşayətində oxumaq tam başqa bir seçilməkdir. Şəxsimə, sənətimə olan etibar və dəyərdir. Allahın sonsuz lütfünə həmd olsun. Böyük azərbaycanlılar, sizə uşaqlığımdan vurğunam, musiqi mədəniyyətimin, ana dilimin, ədəbiyyatımın dahiləri, ruhunuz şad olsun!”. 

 

Sözügedən paylaşım böyük maraqla qarşılanıb. 

 

Fidan

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by TunzaleA (@tunzalea)

 

 

 


OXŞAR XƏBƏRLƏR

İcra başçısı yanğın baş verən əraziyə gəldi - "Evlərə də ziyan dəyib"

“Yanğın nəticəsində fərdi evlərə ziyan dəyib, xəsarət alan yoxdur”.   Sfera.az xəbər verir ki, bunu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiy...

"Ağ çiçəyim"də yanğının yayılmasının qarşısı alındı - VİDEO

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verm...

DİQQƏT: Bakıda güclü yanğına görə bu yollar BAĞLANDI

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən Mirəsədulla Mirqasimov küçəsi və metronun “28 May” stansiyası...

“Qızılgüllərin müharibəsi”: Bred Pitt yenidən məhkəməyə verildi

Bred Pitt və Ancelina Coli arasında 2008-ci ildə alınan “Chateau Miraval” şərab zavodu ilə bağlı hüquqi çəkişmə bitmək bilmir.  Keçmiş həyat yo...

Azərbaycanla Ermənistan arasında protokol imzalandı

2024-cü il mayın 15-də Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın Baş nazirinin müavini Mh...

Gül mağazasındakı yanğına görə əraziyə polis əməkdaşları CƏLB EDİLİB

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib.    Bu barədə Sfera.az-a DİN-in...