Azərbaycan əhalisinin neçə faizi artıq çəkidən əziyyət çəkir? – RƏQƏMLƏR

Azərbaycan əhalisinin neçə faizi artıq çəkidən əziyyət çəkir? – RƏQƏMLƏR

Son 8 ildə Azərbaycan əhalisinin orta boyunda və çəkisində nəzərəçarpacaq dəyişiklik baş verməyib. 


Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2023-cü ildə yaşı 15-dən yuxarı olan əhalinin orta çəkisi 69,4 kq, orta boyu 167,3 kq, artıq çəkiyə sahib olanların payı 9,3 faiz olub. 


2015-ci illə müqayisə etdikdə görürük ki, əhalinin orta çəkisi 1 kq artıb. Səkkiz il əvvəl əhalinin orta çəkisi 68,4 kq idi. Orta boy sabit qalıb, artıq çəkidən əziyyət çəkənlərin payı isə artıb. 2015-ci ildə hər 1000 nəfərin 80 nəfəri artıq çəkidən əziyyət çəkirdisə, ötən il bu göstərici 93 nəfərə yüksəlib. 


Statistik müşahidələrə əsasən, kişilər həm boy, həm də çəki göstəricilərinə görə qadınlardan üstündürlər. Qadınların orta boyu 163,8 kq, çəkisi 65,1 kq olduğu halda, kişilərdə orta boy 171,2 kq, orta çəki 72,1 kq təşkil edib. 


2015-ci illə olan göstəricilərin müqayisəsinə əsasən, kişilərdə orta çəki 1,3 kq artıb. 


Kişilərin çəkisi qadınlardan çox olsa da, artıq çəkidən əziyyət çəkən qadınlar daha çoxdur. Azərbaycanda artıq çəkidən əziyyət çəkənlərin 57 faizini qadınlar təşkil edir. 


Ümumilikdə, həm kişilər, həm də qadınlar normal çəkiyə sahibdirlər. Yalnız yaş 45-i ötdükdə həm kişilərdə, həm də qadınlarda çəki normasının pozulması müşahidə edilir. Çəki normasının pozulması qadınlar arasında daha çoxdur. Hətta 65 yaşdan sonra artıq çəkidən əziyyət çəkən qadınların nisbəti kişilərdən təxminən 2 dəfə çox olur.

 

Vasif


OXŞAR XƏBƏRLƏR