Fransa Ermənistanı silahlandırma prosesinə bu ölkələri də daxil edir

Fransa Ermənistanı silahlandırma prosesinə bu ölkələri də daxil edir

44 gün və son antiterror tədbirləri ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə paralel Ermənistanın hücum və müdafiə potensialına çox böyük zərbə vurdu. İtirilən yüzlərlə hərbi texnika, tank, top, zenit-raket kompleksləri, aviasiya vasitələri və digər hərbi sistemlərin məhv edilməsi qarşı tərəfi çıxılmaz vəziyyətə qoydu.

 

Ermənistan ordusunun dəyəri milyardlarla dollar həcmində olan hərbi texnika itkiləri bu gündə davam etməkdədir. Güc strukturlarımızın ən son Ağdərə ərazisində aşkar etdiyi hərbi texnikalar bunun bariz nümunəsidir. Həmin silahlar vaxtı ilə Ermənistan ordusunun inventarında yer aldığı üçün geriyə çox böyük bir boşluq qalır.

 

Rəsmi İrəvan və Moskva arasında davam edən soyuqlaşma silahlanma istiqamətində Ermənistanı fərqli mexanizmlər və tərəfdaşlar axtarmağa sövq etdi. Rusiyanın əsas diqqətini Ukrayna müharibəsinə fokuslaması xarici siyasət kursu ağa dəyişmək olan Nikol Paşinyan üçün əvəzsiz fürsət oldu. Belə olduğu təqdirdə regionda yeni oyunçuların varlığı özünü çoxda gecikdirmədi.

 

Rusiyanın Afrikada Fransanın əsas söz sahibi olduğu ölkələrdə tədricən üstünlüyü ələ keçirməsi Makron administrasiyasının Cənubi Qafqaz iştahını qabartdı. Zəngin karbohidrogen ehtiyatları, əlverişli coğrafi mövqeyi ilə bilinən Xəzər hövzəsinə çıxış imkanları əldə etmək Paris üçün ciddi əhəmiyyət kəsb edir. Təbii ki, qarşılıqlı hörmət və dostluq prinsiplərindən uzaq, kölələşdirmə siyasəti ilə tanınan və imperialist maraqların əsiri olan Fransa dövləti üçün müstəqil xarici siyasət kursu həyata keçirən Azərbaycanın regional maraqları Cənubi Qafqaz siyasətində uzlaşmır.

 

Rəsmi Bakı və Ankara Türk Dövlətləri Təşkilatı çərçivəsində Cənubi Qafqaz və Mərkəzi Asiyanı əhatə edən yeni bir güc mərkəzi formalaşdırır. Bu isə gözü bu regionların təbii ehtiyatlarında olan Makron hökuməti üçün xoşagəlməz ssenari təsiri bağışlayır.

 

Azərbaycan regionun açar dövləti olduğu üçün rəsmi Paris hər daim erməni kartını ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.

 

Lakin cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan diplomatiyası Makronun imperialist maraqlarını bütün sferalarda məğlub etməyi bacarır. İstədiyini əldə edə bilməyən qoca qitə dövləti isə Ermənistanı silahlandırmaqla hərbi aventuraya çəkmək cəhdləri edir. O, bu işə Dehli və Afinanı da cəlb edir. Lakin Fransanın Ermənistana verdiyi silahlara baxdıqda bunlar İrəvanın müdafiə qabiliyyətini artırmaqdan daha çox simvolik xarakter daşıyır.

 

Konseptual cəhətdən  silahlanma üçün mövcud tədarük kəmiyyəti dənizdə damcı kimidir. Bir neçə radar kompleksi, optik cihazlar, Bastion kimi Ermənistan relyefinə yad zirehli maşın, Mistral DZRK və verilməsi planlanan Sezar artilleriya sistemləri. Bunlar vasitəsilə Azərbaycanla güc balansını eyniləşdirməkdən söhbət belə gedə bilməz. Rəsmi Bakı təkcə  "JF 17 Thunder Blok-III" döyüş təyyarələrinin alınmasına Ermənistanın hərbi büdcəsindən daha artıq vəsait xərcləyir. Və əksəriyyəti Rusiya silahlarının əsasında istehsal olunan, onların ucuz versiyaları kimi bilinən Hindistan hərbi texnikaları belə bu prosesdə təsir edici faktor deyil.

 

Erməni ordusunun keçmiş müdafiə naziri Arşak Karapetyan kimi reallığı dərk edən ordu mənsubları belə Hindistan silahlarının yararsız olduğu faktını dəfələrlə qeyd ediblər. Göründüyü kimi xarici qüvvələrin gözdən pərdə asmaq üçün verdiyi dəstəyi daimi güc kimi qəbul edən rəsmi İrəvan qalıcı sülh üçün tutarlı addımlar atmaqdan yayınır. Lakin bilərəkdən sülh prosesini gecikdirməklə uduzan tərəf yenə də Ermənistan Respublikasıdır.

 

AVP sədrinin Beynəlxalq məsələlər üzrə köməkçisi:
Pərviz Mirizadə.


OXŞAR XƏBƏRLƏR

Abid Şərifov yeganə oğlunun ölümü barədə: "Yavaş-yavaş bütün bədənə yayıldı, qorxudan..." - VİDEO

Baş nazirin sabiq müavini Abid Şərifov yeganə oğlu Elçin Şərifovun ölümündən danışıb.   Sfera.az xəbər verir ki, ASAN TV-yə qeyri-rəsmi müsahibə...

İranın mədəniyyət naziri Azərbaycana SƏFƏR EDƏCƏK

  İranın mədəniyyət və irşad naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana səfər edəcək.   Sfera.az İRNA-ya istinadən xəbər verir ki, o, mayın 1-...

İlham Əliyev Datuk Mutanq Taqalı QƏBUL ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib.   Sfera.az xəbər verir k...

Bakıda qəsdən adam öldürmə faktına görə cinayət işi BAŞLANDI

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Sadiq Əhmədovun üzərində kəsilmiş-deşilmiş xəsarət izləri olan meyitinin aşkar edilməs...

Mürsəl İbrahimov Qəbələdə vətəndaşların problemlərini dinlədi - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov aprelin 26-da Xidmətin Qəbələ rayon şöbəsinin inzibati binasında Qəb...

ABŞ-nin 61 milyardlıq yardımı ilə bağlı RƏSMİ AÇIQLAMA: "İşğal altındakı bütün ərazilər..."

  "Rəsmi Vaşinqtonun son hərbi yardımı Ukraynaya işğal altındakı bütün ərazilərini azad etmək üçün kifayət etməyə bilər".   Bu bar...