Prezident AÇIQLADI: XİN rəhbərləri tezliklə bu şəhərdə görüşəcəklər

Prezident AÇIQLADI: XİN rəhbərləri tezliklə bu şəhərdə görüşəcəklər

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon söhbətində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib.

 

Sfera.az xəbər verir ki, sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib.

 

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO

Azərbaycanlı gənc Rusiyada yol-nəqliyyat hadisəsində ölüb.    Sfera.az-ın məlumatına görə, Zaqatalanın Yuxarı Tala kənd sakini, 27 yaşlı Kənan B...

Ardı-arası kəsilməyən geomaqnit qasırğaları “Starlink”  peyklərini məhv etdi

Neçə müddətdir Yerdə güclü geomaqnit qasırğalarının ardı-arası kəsilmir. 2022-ci ildə bir sıra günəş partlayışlarının səbəb olduğu güclü geomaqnit qasırğası səb...

Daha bir naməlum şəhidin kimliyi bilindi

Nərimanov Sirac Fehruz oğlu Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Sirac naməlum şəhidlərimizdən biri kimi...

Paytaxt məktəblərində operativ monitorinqlər keçirilir - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı oper...

Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini imiş

Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının fəalı Natiq Mehdi qətlə yetirilib. Baş Prokurorluq və DİN-in birgə yaydığı məlumata əsasən,...

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Nərimanov rayonunun Ceyhun Hacıbəyli 22 ünvanında qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Sabunçu rayonunun Maştağa qəsəbəsinə gedən orta təzyi...