Azərbaycana ən çox turist bu ölkələrdən gəlib – SİYAHI
Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 182 ölkəsindən 1477,9 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Sfera.az- a Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz azdır. Gələnlərin 26,1 faizi Rusiya Federasiyası, 17,1 faizi Türkiyə, 8,1 faizi Hindistan, 7,9 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,2 faizi Pakistan, 2,3 faizi Çin, hər birindən 2,0 faiz