Logo

Məktəbli formaları: Bazarda qiymətlər necədir? - Araşdırma

Məktəbli formaları: Bazarda qiymətlər necədir? - Araşdırma
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yeni tədris ili öncəsi valideynlərin ən çox düşündüyü məsələlərdən biri də məktəbli formalarının qiymətidir. Övladları məktəbə gedən valideynlərin əksəriyyəti hər il məktəbli formalarını yeniləyir. Son illərdə geyimlərin bahalaşması məktəbli formalarından da yan keçməyib. Buna görə də məktəbli formalarının alınmasına çəkilən xərc artıb.

Bəs bu il qiymətlər necədir? Məktəbli formalarının alınması böyük xərc tələb edəcəkmi?

Sfera.az saytı bununla bağlı araşdırma aparıb.

Qeyd edək ki, məktəbli formalarına olan tələbi ödəmək üçün Azərbaycan bazarlarında həm yerli istehsal, həm də idxal mallarına rast gəlmək mümkündür. 
Yerli məhsulların əsas istehsalçısı Bakı Tikiş Evidir.

Məktəbli formaları: Bazarda qiymətlər necədir? - Araşdırma

Bakı Tikiş Evindən verilən məlumata görə, müəssisə bu il valideynlərin yükünü azaltmaq üçün formaların qiymətlərində ciddi endirim edib.
Şirkətin şöbə müdiri Etibar Əzimov Sfera.az-a açıqlamasında bildirdi ki, iyulun 1-dən etibarən formalar daha münasib qiymətlərlə satışa çıxarılıb.

Yeni qiymətlər belədir:

Qısaqol köynəklər – 12 manatdan 8 manata (33% endirim)
    Uzunqol köynəklər – 12 manatdan 10 manata (təxminən 18% endirim)
    Şalvar və ətəklər – 20 manatdan 15 manata (25% endirim)
    Jiletlər – 30 manatdan 20 manata (33% endirim)

Məktəbli formaları: Bazarda qiymətlər necədir? - Araşdırma

E.Əzimov söylədi ki, formaların hər biri keyfiyyətli materialdan hazırlanıb, rəsmi sertifikatla təmin olunur və 1 illik zəmanətlə satılır:

“Bazarda ucuz, amma keyfiyyətsiz geyimlər çoxdur. Valideynlər qiymətə aldanaraq həmin formaları alır, lakin bir dəfə yuyulandan sonra istifadə yararsız hala gəlir. Biz isə həm keyfiyyəti, həm də münasib qiyməti birlikdə təqdim etməyi qərara aldıq".

Yeni tədris ilinin açılışına az qaldığından paytaxtda fəaliyyət göstərən mağazalarda məktəbli formalarının satışına daha çox rast gəlinir. Əlaqə saxladığımız satıcıların sözlərinə görə, bazarda yerli istehsalla bərabər Çin və Türkiyə istehsalı olan formalar da var. Onların qiymətləri Bakı Tikiş Evindən fərqlənir.

Məktəbli formaları: Bazarda qiymətlər necədir? - Araşdırma

Çin istehasalı olan formaların qiyməti aşağıdakı kimidir:

Qısaqol köynək – 15 AZN
    Uzunqol köynək – 17 AZN
    Şalvar və yubkalar – 28 AZN

Satıcılar bu geyimlərin pambıq materialdan hazırlandığını və rənginin solmadığını iddia edirlər.

Türkiyə istehsalı formaların qiymətləri isə daha aşağıdır:

Jilet – 19,9 AZN
    Qısaqol köynək – 10 AZN
    Uzunqol köynək – 10 AZN
    Şalvar və yubkalar – 10 AZN

Beləliklə, yeni tədris ili öncəsi valideynlər yerli və xarici istehsal formaları arasında seçim etməli olacaqlar. Seçim zamanı həm qiymət, həm də keyfiyyət amili önəmli rol oynayacaq.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR