MİQ üzrə 1000-ə yaxın vakant yer birləşdirilib

MİQ üzrə 1000-ə yaxın vakant yer birləşdirilib
Kateqoriya məlum deyil
T

MİQ üzrə müsabiqənin müsahibə mərhələsində 4 minə yaxın namizədin iştirak etməsi nəzərdə tutulub.

 

Sfera.az bildirir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, müsabiqənin digər mərhələsi 22 avqustda həyata keçiriləcək:

 

"Bu mərhələdə azsaatlı vakant yerlər birləşdirilərək təqdim olunacaq. Bunun məqsədi müəllimlər üçün daha yüksək məvacibin verilməsidir".

 

N. İsmayılbəyli qeyd edib ki, birləşdirilmiş vakant yerlərin sayı 1000-ə yaxındır, bu vakant yerləri müxtəlif regionları əhatə edəcək.

 

APA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR