Qəbul nəticələri bu tarixdə bilinəcək - RƏSMİ

Qəbul nəticələri bu tarixdə bilinəcək - RƏSMİ
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 19-da başa çatıb.
 

Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyimiz statistikaya görə, ümumilikdə 86 min 461 abituriyent və subbakalavr ixtisas seçimi edib.

 

Bəs ixtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq?

    

Sfera.az bu barədə Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlayıb.
 

DİM-dən sorğumuza cavab olaraq bildirilib ki, hazırda müsabiqə nəticələrinin emalı davam edir.

 

Məlumatda bildirilib ki, ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan – Fransız Universiteti,  İ.M.Seçenov adına  Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir. 

 

“Bu proses müəyyən qədər vaxt tələb edir. Müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur”,-açıqlamada qeyd olunub.

 
Firuzə Əliyeva
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR