yanğın
ABŞ-də nüvə laboratoriyası yandı: Fövqəladə vəziyyət elan olundu
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən “Savannah River” Milli Laboratoriyasında yanğın baş verib. Hadisə ilə əlaqədar müəssisədə fövqəladə vəziyyət elan edilib. Sfera.az xəbər verir ki, bu barədə “Savannah River Site” (SRS) müəssisəsinin rəsmi açıqlamasında bildirilib. Məlumata görə, laboratoriyada yanğın barədə məlumat daxil olduqdan sonra müvafiq tədbirlər görülüb və yanğın söndürülüb. Aparılan radioloji yoxlamalar zamanı aşkar edilə bilən səviyyədə radioaktiv çirklənmə qeydə alınmayıb.
Dünya29.10.2026 13:44
Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
Sumqayıt şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan "Chevrolet" markalı minik avtomobili yoldan keçən piyadaları vurub, daha sonra səkiyə çırpılıb. Qəza nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar. Toqquşmadan sonra avtomobildə yanğın baş verib. Hadisə
Hadisə24.10.2026 15:44
Bakıda binada yanğın: xəsarət alanlar var
Bakıda yaşayış binasında yanğın olub. Sfera.az bildirir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində baş verib. Təhlükəsizlik məqsədilə sakinlər təxliyə ediliblər. Yanğın nəticəsində iki nəfər tüstüdən zəhərlənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib. Alovun qarşısı alınıb. Təcili tibbi yardım briqadasının əməkdaşları tüstüdən zəhərlənən bir nəfərə yerində yardım
Hadisə21.10.2026 09:43
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi (FOTOLAR)
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Sfera.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onyeddimərtəbəli yaşayış binasının onbirinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın
Hadisə20.10.2026 23:46
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Beyləqan rayonunda elektrik yarımstansiyasında yanğın baş verib. Sfera.az xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsində qeydə alınıb. Güclü yanğın səbəbindən bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin briqadaları, xüsusi texnika və canlı qüvvə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğının başvermə səbəbləri araşdırılır.
Hadisə29.09.2026 20:41
10 hektardan çox ərazidə meşə sahəsi yandı
Kürdəmirdə açıq ərazidə güclü yanğın başlayıb. Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax dəmir yolu xəttinin rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, ərazidə anidən yanğın başlayıb və qısa zamanda yanğının sahəsi genişlənib. Məlumata görə, yanğın zamanı təqribən 10 hektardan böyük ərazidə quru otlaq sahəsi və ağaclar yanıb. Hazırda əraziyə FHN-in Kürdəmir rayon Dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi
Hadisə25.09.2026 21:36
Xocavənddə güclü yanğın başladı
Xocavənd rayonunun dağlıq ərazilərində yanğın başlayıb. Sfera.az xəbər verir ki, yanğın rayonun Qaraçuğ dağının yüksəkliyində qeydə alınıb. Günün ikinci yarısında başlayan yanğın daha sonra genişlənib. Hazırda dağlıq ərazidə yanğın davam edir. Yanğının söndürülməsi və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində əməliyyatlar davam etdirilir./qafqazinfo
Hadisə24.09.2026 20:40
Bolqarıstanda daha bir silah anbarında partlayış olub
Bolqarıstanın mərkəzi hissəsində yerləşən silah-sursat anbarında partlayış baş verib. Partlayışdan sonra ərazidə böyük yanğın başlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Bu, son həftələrdə ölkədəki hərbi təyinatlı obyektlərdə qeydə alınan ikinci oxşar hadisədir. Sfera.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, partlayışdan sonra anbarda başlayan yanğın qısa müddətdə ərazidəki digər anbarlara da yayılıb. Qabrovo vilayətinin qubernatoru Kristina Sidorova jurnalistlərə
Dünya12.09.2026 15:11
Balaxanı Sənaye Parkında güclü yanğın - Video
Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın başlayıb. Bu barədə Sfera.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Hadisə08.09.2026 20:04
Yunanıstanda meşələr yanır - Altı bölgə risk altındadır
Yunanıstanın cənubundakı Messiniya bölgəsində kənd təsərrüfatı və meşəlik ərazinin yerləşdiyi sahədə yanğın baş verib. Sfera.az xəbər verir ki, Yunanıstan mediasının yaydığı məlumata görə, yanğın səhər saatlarında başlayıb. Yunanıstan Mülki Müdafiə Baş Katibliyinin açıqladığı Yanğın Riskinin Proqnoz Xəritəsində bu gün ölkənin 6 bölgəsində yanğın təhlükəsinin 4-cü kateqoriya – “çox yüksək” səviyyədə olduğu bildirilib. Yanğın riskinin yüksək qiymətləndirildiyi ərazilər arasında Mərkəzi
Dünya08.09.2026 12:33
Toy mərasimində GÜCLÜ YANĞIN: 22 nəfər həlak oldu - bu ölkədə
Konqo Demokratik Respublikasında toy mərasimi zamanı baş verən yanğın nəticəsində 22 nəfər həyatını itirib. Sfera.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, çoxsaylı insan itkisinə mərasim keçirilən zalın yalnız bir dar çıxışının olması səbəb olub. Yanğın zamanı yaranan tüstü və panika səbəbindən insanların zaldan çıxmaqda çətinlik çəkdiyi bildirilib./modern
Cəmiyyət05.09.2026 22:11
Gəncədə ev yandı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Bağmanlar küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Sfera.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 310kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində baş vermiş yanğın genişlənərək
Hadisə30.08.2026 23:41
Sankt-Peterburqda iri sənaye zonasında güclü YANĞIN
Rusiyanın Sankt-Peterburq şəhərinin Kolpino rayonundakı sənaye zonasında genişmiqyaslı yanğın qeydə alınıb. Sfera.az xəbər verir ki, Alovun əhatə etdiyi ərazinin 80 min kvadratmetrdən çox olduğu bildirilir. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğınla bağlı ilk siqnal Moskva vaxtı ilə saat 01:56-da daxil olub. Hadisənin başvermə səbəbi hələlik müəyyənləşdirilməyib. Yanğına yüksək mürəkkəblik dərəcəsi verilib və alovun söndürülməsi üçün genişmiqyaslı qüvvələr səfərbər olunub.
Dünya23.08.2026 17:30
İsveçrədə restoranda dəhşət: Beş nəfər itkin düşdü
İsveçrənin Tusis şəhərindəki restoranlardan birində naməlum səbəbdən yanğın baş verib. Yanğın nəticəsində səkkiz nəfər yaralanıb, beş nəfər itkin düşüb. Sfera.az xəbər verir ki, dünən gecə saatarında restoranın ikinci mərtəbəsində başlayan yanğına təxminən 100 yanğınsöndürən cəlb olunub. Polis bildirib ki, həm restoran, həm də mənzillərin yerləşdiyi binadan 14 nəfər qaçmağı bacarıb. Qaçanlardan ikisi ağır, ikisi orta, dördü isə yüngül xəsarət alıb. Hadisə ilə bağlı genişmiqyaslı araşdırma
Dünya21.08.2026 15:13
Binəqədidə baş verən yanğın məhdudlaşdırılıb - FOTO
Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə başlayan yanğın məhdudlaşdırılıb. Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilməyib. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.
Hadisə18.08.2026 14:58
9 milyon dollarlıq lüks yaxta alındıqdan dörd gün sonra batdı - Fotolar
Dəyəri 9,1 milyon dollar olan lüks superyaxta Angiola II Aralıq dənizində batıb. Fəlakət zamanı gəmidə on dörd sərnişin və heyət üzvü olub. Sfera.az bildirir ki, qəza 11 avqust axşamı Sardiniyadakı məşhur kurort şəhəri Porto Çervo sahilində, yaxtanın sahibinə təhvil verilməsindən cəmi dörd gün sonra baş verib. Əvvəlcə mühərrik bölməsində yanğın başlayıb. Yanğın nəzarət altına alınsa da, yaxta sonradan suya qərq olub və batıb. Həmçinin gəminin qum sahilinə dəydikdən sonra gövdəsində dəlik
Media17.08.2026 20:17
Babək prospektində avtomobil salonu yanıb - VİDEO
Babək prospektində avtomobil salonu yanıb. Bu barədə Sfera.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1200 kv.m. olan üçmərtəbəli avtomobil salonu kimi fəaliyyət
Hadisə11.08.2026 10:15
Bakıda yanğın başladı
Bakı şəhəri, Yasamal rayonu ərazisində açıq sahədə yanğın baş verib. Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda açıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Əlavə məlumat veriləcək.
Hadisə10.08.2026 15:37
Tehranda sənaye müəssisəsi yandı
Bu gün Tehranın Nəsirabad sənaye şəhərciyindəki alışqan emalatxanasında yanğın baş verib, 4 nəfər xəsarət alıb. Sfera.az xəbər verir ki, Tehran Təcili Tibbi Yardım Xidmətinin sözçüsü Şərvin Təbrizi bildirib ki, hadisə barədə təcili yardım xidmətinə səhər saat 07:20-də məlumat daxil olub. Məlumata görə, yanğın nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 2-si əlavə tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb. Yanğının səbəbi, dəymiş ziyanın həcmi və digər yaralıların vəziyyəti ilə bağlı
Dünya09.08.2026 11:27
Laçında yanğın oldu
Laçın şəhərində yaşayış evlərinin yaxınlığında yanğın baş verib. Sfera.az xəbər verir ki, hadisə şəhərin Qorxmaz Eyvazov küçəsində quru ot və kol-kos olan ərazidə qeydə alınıb. Məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə avtomobili cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun yaşayış evlərinə keçməsinin və daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Nəticədə evlər yanğından mühafizə olunub.
Hadisə07.08.2026 20:56
Bərdədə açıq sahədə yanğın oldu
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bərdə rayonunun Zümürxan kəndi ərazisində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Sfera.az -a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən
Hadisə06.08.2026 15:03
Ağdamda güclü yanğın başladı – VİDEO
Ağdam rayonunda güclü yanğın başlayıb. Sfera.az -ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə rayonun Səfərli qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, yanğın açıq ərazidə başlayıb. Yanğının başvermə səbəbi, xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat yoxdur.
Hadisə02.08.2026 23:59
Cəlilabadda ikimərtəbəli yaşayış evi əşyaları ilə birgə yandı - VİDEO
Cəlilabad şəhərində ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Sfera.az xəbər verir ki, yanğın barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə texnikası və şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılıb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ev içərisindəki əşyalar və yanar konstruksiyalarla birlikdə
Hadisə26.07.2026 16:16
























