10 hektardan çox ərazidə meşə sahəsi yandı

10 hektardan çox ərazidə meşə sahəsi yandı
Kateqoriya məlum deyil
T

Kürdəmirdə açıq ərazidə güclü yanğın başlayıb.

Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax dəmir yolu xəttinin rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, ərazidə anidən yanğın başlayıb və qısa zamanda yanğının sahəsi genişlənib.

Məlumata görə, yanğın zamanı təqribən 10 hektardan böyük ərazidə quru otlaq sahəsi və ağaclar yanıb.

Hazırda əraziyə FHN-in Kürdəmir rayon Dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR