Tehranda sənaye müəssisəsi yandı

Tehranda sənaye müəssisəsi yandı
Kateqoriya məlum deyil
T

Bu gün Tehranın Nəsirabad sənaye şəhərciyindəki alışqan emalatxanasında yanğın baş verib, 4 nəfər xəsarət alıb.

Sfera.az xəbər verir ki, Tehran Təcili Tibbi Yardım Xidmətinin sözçüsü Şərvin Təbrizi bildirib ki, hadisə barədə təcili yardım xidmətinə səhər saat 07:20-də məlumat daxil olub.

Məlumata görə, yanğın nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 2-si əlavə tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.

Yanğının səbəbi, dəymiş ziyanın həcmi və digər yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR