Yunanıstanda meşələr yanır - Altı bölgə risk altındadır

Kateqoriya məlum deyil
T
Yunanıstanın cənubundakı Messiniya bölgəsində kənd təsərrüfatı və meşəlik ərazinin yerləşdiyi sahədə yanğın baş verib.
Sfera.az xəbər verir ki, Yunanıstan mediasının yaydığı məlumata görə, yanğın səhər saatlarında başlayıb.
Yunanıstan Mülki Müdafiə Baş Katibliyinin açıqladığı Yanğın Riskinin Proqnoz Xəritəsində bu gün ölkənin 6 bölgəsində yanğın təhlükəsinin 4-cü kateqoriya – “çox yüksək” səviyyədə olduğu bildirilib.
Yanğın riskinin yüksək qiymətləndirildiyi ərazilər arasında Mərkəzi Yunanıstanın Viotiya və Evbeya bölgələri, Skiros adası, Attika və Çuqa adası, Peloponnes yarımadasının Lakoniya bölgəsi, Şimali Egey dənizində yerləşən Lesbos, Xios, Samos və İkariya adaları, həmçinin Cənubi Egey adaları və Krit göstərilib.
İradə Elsevər
Açar sözlər:






