İsveçrədə restoranda dəhşət: Beş nəfər itkin düşdü

İsveçrədə restoranda dəhşət: Beş nəfər itkin düşdü
Kateqoriya məlum deyil
T

İsveçrənin Tusis şəhərindəki restoranlardan birində naməlum səbəbdən yanğın baş verib. Yanğın nəticəsində səkkiz nəfər yaralanıb, beş nəfər itkin düşüb.

Sfera.az xəbər verir ki, dünən gecə saatarında restoranın ikinci mərtəbəsində başlayan yanğına təxminən 100 yanğınsöndürən cəlb olunub.

Polis bildirib ki, həm restoran, həm də mənzillərin yerləşdiyi binadan 14 nəfər qaçmağı bacarıb. Qaçanlardan ikisi ağır, ikisi orta, dördü isə yüngül xəsarət alıb.

Hadisə ilə bağlı genişmiqyaslı araşdırma başlanıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR