sürücü
AĞIR QƏZA: 2 nəfər öldü
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Goranboy sakini Tural Əliyevin idarə etdiyi "İnfinti" markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində sürücü Tural Əliyev və sərnişin Pəri Məstəliyeva ölüb./lent
Hadisə17.11.2026 18:36
Yol polisi bu sürücüləri cərimələyə bilmir – Qanun icazə vermir
Son dövrlər bəzi sürücülərin avtomobil idarə edərkən “TikTok” və digər sosial şəbəkələrdə canlı yayım açması yol hərəkəti təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Sükan arxasında canlı yayım aparmaq sürücünün diqqətini yoldan yayındırmaqla yanaşı, həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə ata bilər. Bəs avtomobil idarə edərkən canlı yayım açan sürücüləri hansı cəzalar gözləyir? Nəqliyyat eksperti Raqif Raufoğlu Sfera.az -a açıqlamasında bildirib ki, bu məsələ
Cəmiyyət11.11.2026 16:47
Bakıda ağır qəza - Ölən və yaralanan var
Bakının Xətai rayonu ərazisində yol nəqliyyatı hadisəsi zamanı sürücü ölüb. Sfera.az xəbər verir ki, qəza NZS qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Allahverdiyeva Səma sevgilisinin avtomobilinə sərnişin qismində əyləşib. İdarəetmədən çıxan maşın yük avtomobilinə çırpılıb. Qəza nəticəsində sürücü ölüb. S.Allahverdiyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib./teleqraf
Hadisə10.11.2026 19:35
Sürücülər buna görə 50 manat cərimə olunacaq - Yeni Qayda
Azərbaycanda avtomobil idarə edərkən telefondan istifadə edən, eləcə də nəqliyyat vasitəsində reklam yerləşdirilməsi qaydalarını pozan sürücülərə cərimələrin tətbiqi mexanizmi dəyişdiriləcək. Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində nəzərdə tutulub. Təklif olunan dəyişikliklərə əsasən, bəzi inzibati xətaların foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki
Gündəm30.10.2026 13:38
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Azərbaycanda avtomobillərin dövlət qeydiyyatına alınması, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlarının verilməsi, eləcə də nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi zamanı yol hərəkəti qaydalarının pozulması ilə bağlı bəzi sənədlərin şəxslərə çatdırılması təmin ediləcək. Sfera.az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq qərar imzalayıb. Nazirlikdən bildirilib ki, yeni qərara əsasən, yol hərəkəti qaydalarının pozulması
İqtisadiyyat22.10.2026 19:20
Lerikdə iki YOL QƏZASI: Beş nəfər xəsarət aldı
Lerik rayonunda müxtəlif vaxtlarda iki yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sfera.az xəbər verir ki, hadisələr zamanı 5 nəfər xəsarət alıb. Hadisələrdən biri rayonun Blaband kəndində baş verib. Məlumata görə, Sadiq Novruzovun idarə etdiyi “VAZ-2121 Niva” markalı avtomobillə “UAZ” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə “Niva”da olan üç nəfər xəsarət alıb. Yaralılardan Lerik rayonunun Pirəsora kənd sakini, 1963-cü il təvəllüdlü Fədail Bəbir oğlu Bağırovun vəziyyəti ağır olduğundan Lənkəran
Hadisə07.10.2026 22:01
Kondisionerə görə müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU
Bakıda əcnəbi müştərilərlə kobud danışan taksi sürücüsü həbs olunub. Sfera.az xəbər verir ki, taksi sürücüsü işləyən 62 yaşlı Elşən Bağırov (şərti ad) müştərisi olan əcnəbi ər-arvada qarşı qeyri-etik davranış göstərib. Zərərçəkənlərin şikayəti əsasında Elşən Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub. Məlumata görə, Bakıya turist kimi gələn Asad Arif taksi sürücüsünün kobud davranışı ilə bağlı DİN-ə, Dövlət Turizm Agentliyinə, həmçinin Rəqəmsal
Maraqlı26.09.2026 22:37
Bakıda sürücü sərnişinlərə küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO
Bakıda 7A marşrutu üzrə hərəkət edən avtobusda sərnişinlərlə sürücü arasında narazılıq yaşanıb. Sfera.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında paytaxtın "Şamaxinka" kimi tanınan ərazisində baş verib. Məlumata görə, sərnişinlərin avtobusa arxa qapıdan minməsi sürücünün narazılığına səbəb olub. O, etiraz edərək avtobusu idarə etməkdən imtina edib. Sürücü "Sürmürəm!" deyərək nəqliyyat vasitəsini saxlayıb. Sərnişinlər avtobusdan düşdükdən sonra nəqliyyat vasitəsi yenidən hərəkətə
Cəmiyyət02.09.2026 11:00
Abşeronda qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı - Video
Bu gün Abşeron Gənclər Şəhərciyinin həyətində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, “Chevrolet Cruze” markalı avtomobil orta yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Sürücü isə nəqliyyat vasitəsilə birgə hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı sürücünün yetkinlik yaşına çatmayan şəxs olduğu
Hadisə28.08.2026 19:15
İsmayıllıda avtomobil aşıb, sürücü ölüb
İsmayıllıda “Toyota Land Cruiser” markalı avtomobilin aşması nəticəsində sürücü ölüb. Sfera.az xəbər verir ki, hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun Lahıc qəsəbəsi istiqamətində qeydə alınıb. Avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü həyatını itirib.
Hadisə24.08.2026 22:34
Gədəbəydə ağır QƏZA - Sürücü xəstəxanalıq oldu
Gədəbəydə sürücünün idarəetməni itirməsi ağır yol-nəqliyyat hadisəsi ilə nəticələnib. Sfera.az -ın məlumatına görə hadisə Şəmkir-Daşkəsən yolunda baş verib. 2003-cü il təvəllüdlü İ.Məmmədov, özünə məxsus "NİVA" markalı minik avtomobillə hərəkətdə olarkən maşın qəfil idarəetmədən çıxıb və yolun kənarına aşıb. Qəza zamanı 23 yaşlı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə
Hadisə23.08.2026 10:04
Kurtlar Vadisi"nin aktyorundan ŞOK HƏRƏKƏT - Sürücünün üstünə hücum çəkdi
"Kurtlar Vadisi" serialı ilə tanınan aktyor Nevzat Yakışırboy Türkiyənin Aydın şəhərində yolda zamanı sürücü ilə mübahisə edib. Sfera.az xəbər verir ki, motosikleti ilə hərəkətdə olan aktyorla avtomobil sürücüsü arasında anlaşmazlıq səbəbindən başlayan mübahisə qısa zamanda böyüyüb. Sürücünün ona "Nə olub, artisən?" deməsi isə aktyoru daha da əsəbiləşdirib. Yakışırboy motosikletdən düşərək avtomobilin yanına gedib və sürücüyə "Düş aşağı!" deyərək ağır ifadələr işlədib. Hadisənin görüntüləri
Maqazin21.08.2026 22:50
Güclü külək səbəbindən pul yola səpələndi - VİDEO
İzmirdə bir kişi bir neçə dəstə əskinası təsadüfən birbaşa yolun hərəkət hissəsində yerə salıb. Sfera.az xəbər verir ki, güclü külək isə pulları saniyələr ərzində müxtəlif istiqamətlərə səpələyib. Hadisənin şahidi olan yaxınlıqdakı sürücülər avtomobillərini saxlayaraq kişiyə pulları toplamaqda kömək ediblər.
Maraqlı11.08.2026 00:18
Bakıda sürücü avtomobili yolun ortasında saxladı - Video
Bakının Babək prospektində sürücü “Chevrolet Cobalt” markalı avtomobili yolun hərəkət hissəsinin ortasında saxlayıb. Sfera.az xəbər verir ki, avtomobilin yolun ortasında park edildiyini əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb və müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:
Hadisə09.08.2026 15:38
19 yaşlı sürücü avtomobillə 14 yaşlı yeniyetməni öldürdü – ANBAAN VİDEO
Ukraynanın Luçk şəhərində baş verən ağır yol qəzasının görüntüləri yayılıb. Sfera.az xəbər verir ki, 19 yaşlı "Audi" markalı avtomobil sürücüsü qəza nəticəsində 14 yaşlı yeniyetmənin ölümünə səbəb olub. Məlumata görə, sürücü daha əvvəl də sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə məsuliyyətə cəlb olunub. Bu səbəbdən məhkəmənin qərarı ilə o, növbəti 60 günü girov hüququ olmadan həbsdə keçirəcək. Təqsirləndirilən şəxsin vəkilinin sözlərinə görə, onun müştərisi sürücülük vəsiqəsini
Hadisə04.08.2026 17:57
Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı
Bakıda işdən çıxarılan sürücü işlədiyi mağazanı yandırıb. Sfera.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən avtomobil ehtiyat hissələri mağazasında baş verib. Bakı şəhər sakini Oruc Vəliyev (ad və soyadı şərtidir) həmin mağazada sürücü kimi işləyib. O, təxminən üç il burada çalışdıqdan sonra obyektdə olan dizel yanacağını mağaza sahibindən gizli şəkildə satıb. Bunu öyrənən mağaza sahibi Oruc Vəliyevi işdən çıxarıb. İşdən çıxarıldıqdan sonra başqa
Hadisə02.07.2026 21:40
















