Bakıda sürücü sərnişinlərə küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO

Bakıda sürücü sərnişinlərə küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO
Kateqoriya məlum deyil
T

Bakıda 7A marşrutu üzrə hərəkət edən avtobusda sərnişinlərlə sürücü arasında narazılıq yaşanıb.

Sfera.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında paytaxtın "Şamaxinka" kimi tanınan ərazisində baş verib.

Məlumata görə, sərnişinlərin avtobusa arxa qapıdan minməsi sürücünün narazılığına səbəb olub. O, etiraz edərək avtobusu idarə etməkdən imtina edib.

Sürücü "Sürmürəm!" deyərək nəqliyyat vasitəsini saxlayıb.

Sərnişinlər avtobusdan düşdükdən sonra nəqliyyat vasitəsi yenidən hərəkətə başlayıb.

Hadisənin görüntüləri təqdim olunan videoda əks olunub.\\ölkə.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR