maqazin
Əkiz uşaq gözləyən müğənni boşandı
Türkiyəli müğənni Berdan Mardini həyat yoldaşı Dilara Talaydan boşanıb. Təxminən il yarım davam edən evlilik Silivri Ədliyyəsində keçirilən məhkəmə iclasında bir dəfəyə başa çatıb. Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2025-ci ilin aprelində ingilis dili müəllimi Dilara Talayla ailə quran sənətçi münasibətlərində yaranan problemləri aradan qaldıra bilməyib. Bir müddətdir cütlüyün ayrılacağı ilə bağlı xəbərlər yayılsa da, tərəflər bu barədə ictimaiyyətə açıqlama verməyiblər. Qeyd
Maqazin05.11.2026 19:42
Onlar evlənir - FOTO
Türkiyəli aktyor Bülent Şakrak şəxsi həyatı ilə bağlı açıqlaması ilə maqazin gündəminə düşüb. O, özündən 17 yaş kiçik sevgilisi Duygu Arabacıoğlu ilə evlənmək istədiklərini bildirib. Sfera.az xəbər verir ki, 49 yaşlı aktyor bu barədə Esra Dermancıoğlunun təqdim etdiyi “Neden Esra?” proqramında danışıb. Aparıcının evlilik planları ilə bağlı sualını cavablandıran Şakrak sevgilisi ilə münasibətindən razı olduğunu gizlətməyib. “Bəli, evlənmək istəyirik. Sevgilimi çox sevirəm. Çox rahatam, kefim də
Maqazin03.11.2026 20:31
Bahar Şahindən etiraf: “Mən həmişə aldadılmışam”
Türkiyəli aktrisa Bahar Şahin şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə gündəmə gəlib. O, münasibətlərində dəfələrlə xəyanətlə üzləşdiyini və bəzi hallarda bu barədə həqiqəti pərəstişkarlarından öyrəndiyini bildirib. Sfera.az xəbər verir ki, aktrisa Sarp Bozqurtun “YouTube”da yayımlanan “Acı Sohbet” proqramının qonağı olub. Şahin keçmiş münasibətlərindən danışarkən “Mən həmişə aldadılmışam” deyib. Onun sözlərinə görə, tanınmış sima olması xəyanət faktlarının üzə çıxmasına da təsir edib.
Maqazin31.10.2026 22:02
Bred Pittin tərzi niyə dəyişib? - Psixoloq danışdı
Hollivud ulduzu Bred Pittin son vaxtlar seçdiyi qeyri-adi geyimlər diqqət çəkib. 62 yaşlı aktyorun parlaq rəngli kostyumları və bir-biri ilə uyğunlaşmayan geyimləri maqazin gündəmində müzakirələrə səbəb olub. Sfera.az xəbər verir ki, psixoloq Fil Makleod aktyorun xarici görünüşündəki dəyişiklikləri keçmiş həyat yoldaşı, aktrisa Ancelina Coli ilə yaşadığı ağrılı boşanmanın mümkün təsirləri ilə əlaqələndirib. Mütəxəssisin fikrincə, geyim tərzindəki kəskin dəyişiklik insanın özünü yenidən kəşf
Siyasət21.10.2026 21:54
Onların eşq həyatı da meydan qədər maraqlıdır
Futbol dünyasının məşhur simaları təkcə vurduqları qollarla deyil, şəxsi həyatları ilə də maqazin gündəmində yer alırlar. Bəzi futbolçuların münasibətləri illərlə davam edir, digərlərinin sevgi həyatı isə ayrılıqlar, barışıqlar və yeni münasibətlərlə diqqət çəkir. Sfera.az xəbər verir ki, Kriştiano Ronaldo, Neymar və Mario Balotelli şəxsi həyatları ilə beynəlxalq maqazin mediasında tez-tez müzakirə olunan futbolçular sırasındadır. Kriştiano Ronaldo – məşhur modellərlə adı hallanan ulduz
İdman21.10.2026 19:34
Xəyanət qalmaqalından sonra ailəni dağıtmadılar – 14 illik evliliyi qeyd etdilər
Bir vaxtlar xəyanət qalmaqalı ilə gündəmə gələn məşhur cütlük evliliklərinin 14-cü ildönümünü qeyd edib. Sfera.az xəbər verir ki, söhbət amerikalı aktrisa Cessika Bil və müğənni Castin Timberleykdən gedir. 44 yaşlı Cessika Bil və 45 yaşlı Castin Timberleyk 2012-ci ildə ailə qurublar. Cütlüyün bu evlilikdən Saylas və Finias adlı iki oğlu var. Onların münasibətləri 2019-cu ildə ciddi sınaqla üzləşib. Castin Timberleyk “Palmer” filminin çəkilişləri zamanı rol yoldaşı Alişa Ueynrayt ilə bir barda
Maqazin06.10.2026 18:14
60 yaşında özünə heyran buraxdı - FOTO
Dünyaca məşhur aktrisa Salma Hayek 60 illik yubileyini qeyri-adi şəkildə qeyd edib. Sfera.az xəbər verir ki, sentyabrın 2-də 60 yaşını tamamlayan “Frida” filminin ulduzu sosial media hesabında istirahəti zamanı çəkdirdiyi cəsarətli fotolarını paylaşıb. Aktrisa paylaşdığı görüntülərdə okeanda çılpaq şəkildə üzərək kamera qarşısına keçib. Fotolardan birində Hayek suda gülərək əylənir, digər görüntüdə isə dənizdə belinə qədər suyun içində dayanaraq kameraya arxasını çevirir. Paylaşım qısa zamanda
Maqazin08.09.2026 16:04
Murat Dalkılıç 13-cü əməliyyatdan sonra: “Həkimlər ümid vermirdi”
Türkiyəli müğənni Murat Dalkılıç keçirdiyi 13 burun əməliyyatından sonra müalicə prosesinin son vəziyyətindən danışıb. Uşaqlıqdan bəri sağlamlıq problemləri ilə mübarizə aparan sənətçi həkimlərin bir vaxtlar onun sağalacağına ümid vermədiyini açıqlayıb. Sfera.az xəbər verir ki, sənətçi anadangəlmə xəstəliyi səbəbilə uşaqlıq illərindən etibarən burun problemləri yaşadığını bildirib. O, ibtidai məktəbdə burun sümüklərinin xaricə doğru böyüməsinin qarşısını almaq məqsədilə ilk əməliyyatını
Media01.09.2026 15:38
Sevgilisi ilə ilk şəklini paylaşdı - FOTO
Türkiyəli müğənni Melek Mosso ötən il boşandığı Serkan Sağdıçdan sonra yeni münasibətə başlayıb. Sfera.az xəbər verir ki, sənətçi ispan sevgilisi Xose Migel Qonsales İqlesias ilə ilk fotosunu sosial media hesabında paylaşıb. Müğənni idman zalında Xose Migel Qonsales İqlesias ilə birlikdə çəkilmiş videonu izləyiciləri ilə bölüşüb. Cütlük yay tətilini Bodrumda birlikdə keçirib. Onlar bir neçə gün əvvəl istirahət məkanlarından birində birlikdə görüntüləniblər. Paylaşım qısa zamanda sosial
Maqazin22.08.2026 11:57
Selena Qomez Teylor Sviftin toyunda baş rolda olacaq
Müğənni və aktrisa Selena Qomezin Teylor Sviftlə amerikalı futbolçu Trevis Kelsinin toyunda baş yardımçı olacağı bildirilir. Sfera.az xəbər verir ki, bu barədə "Page Six" nəşri mənbəyə istinadən məlumat yayıb. Toy mərasiminin bu gün Nyu-Yorkdakı "Madison Square Garden" arenasında keçiriləcək nikahqabağı şam yeməyi ilə başlayacağı, əsas mərasimin isə cümə günü baş tutacağı bildirilir. Bununla bağlı yayılan məlumatlar əsasən anonim mənbələrə əsaslanır və cütlük tərəfindən rəsmi təsdiqlənməyib.
Maqazin03.07.2026 14:42










