Xəyanət qalmaqalından sonra ailəni dağıtmadılar – 14 illik evliliyi qeyd etdilər

Bir vaxtlar xəyanət qalmaqalı ilə gündəmə gələn məşhur cütlük evliliklərinin 14-cü ildönümünü qeyd edib.
Sfera.az xəbər verir ki, söhbət amerikalı aktrisa Cessika Bil və müğənni Castin Timberleykdən gedir.
44 yaşlı Cessika Bil və 45 yaşlı Castin Timberleyk 2012-ci ildə ailə qurublar. Cütlüyün bu evlilikdən Saylas və Finias adlı iki oğlu var.
Onların münasibətləri 2019-cu ildə ciddi sınaqla üzləşib. Castin Timberleyk “Palmer” filminin çəkilişləri zamanı rol yoldaşı Alişa Ueynrayt ilə bir barda əl-ələ görüntülənib.
Hadisə böyük rezonans doğursa da, cütlük boşanmayıb. Timberleyk baş verənlərlə bağlı həyat yoldaşından açıq şəkildə üzr istəyib və ailəsini qorumaq qərarına gəlib.
Hadisədən sonra bir neçə dəfə boşanma xəbərləri yayılsa da, Cessika Bil və Castin Timberleykin evliliyi davam edib. Hətta qalmaqaldan sonra onların ikinci övladı dünyaya gəlib.
Cütlük 14-cü evlilik ildönümünü sosial şəbəkədə paylaşdıqları romantik fotolarla qeyd edib. Castin Timberleyk həyat yoldaşı ilə əl-ələ gəzdiyi görüntünü paylaşaraq ildönümünü təbrik edib.
Cessika Bil də həyat yoldaşı ilə birgə fotolarını yayımlayıb və paylaşımına “Səni sevirəm” sözlərini əlavə edib.
Beləliklə, illər əvvəl boşanacaqları gözlənilən məşhur cütlük münasibətlərini qoruyaraq 14 illik evliliklərini geridə qoyub.
Fatimə
Sfera.az






