Sevgilisi ilə ilk şəklini paylaşdı - FOTO

Kateqoriya məlum deyil
T
Türkiyəli müğənni Melek Mosso ötən il boşandığı Serkan Sağdıçdan sonra yeni münasibətə başlayıb.
Sfera.az xəbər verir ki, sənətçi ispan sevgilisi Xose Migel Qonsales İqlesias ilə ilk fotosunu sosial media hesabında paylaşıb. Müğənni idman zalında Xose Migel Qonsales İqlesias ilə birlikdə çəkilmiş videonu izləyiciləri ilə bölüşüb.
Cütlük yay tətilini Bodrumda birlikdə keçirib. Onlar bir neçə gün əvvəl istirahət məkanlarından birində birlikdə görüntüləniblər.
Paylaşım qısa zamanda sosial şəbəkələrdə gündəmə gəlib.
Qeyd edək ki, Melek Mosso 2023-cü ildə Serkan Sağdıçla nikah masasına oturub. Evlilikləri dövründə bir neçə dəfə ayrılıq xəbərləri ilə gündəmə gələn cütlük 2025-ci ildə boşanıb.
Bəsti Rəfizadə
Sfera.az






