Logo

Əkiz uşaq gözləyən müğənni boşandı

Əkiz uşaq gözləyən müğənni boşandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli müğənni Berdan Mardini həyat yoldaşı Dilara Talaydan boşanıb.

Təxminən il yarım davam edən evlilik Silivri Ədliyyəsində keçirilən məhkəmə iclasında bir dəfəyə başa çatıb.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2025-ci ilin aprelində ingilis dili müəllimi Dilara Talayla ailə quran sənətçi münasibətlərində yaranan problemləri aradan qaldıra bilməyib. Bir müddətdir cütlüyün ayrılacağı ilə bağlı xəbərlər yayılsa da, tərəflər bu barədə ictimaiyyətə açıqlama verməyiblər.

Qeyd edək ki, müğənni 2010-cu ildə Fatoş Yellilerlə ailə qurub. Bu evlilikdən Ezmira və Miran adlı iki övladı dünyaya gəlib. Cütlük 2021-ci ildə boşanıb.

Berdan Mardini ikinci dəfə 2025-ci ilin aprelində, özündən 15 yaş kiçik Dilara Talayla ailə qurmuşdu. Beləliklə, sənətçinin ikinci evliliyi də boşanma ilə nəticələnib.

Türkiyə mətbuatında cütlüyün boşanmadan əvvəl əkiz uşaq gözlədiyi barədə də məlumatlar yayılıb. Lakin bu məsələ ilə bağlı tərəflərin rəsmi açıqlaması yoxdur.

Fatimə

Əkiz uşaq gözləyən müğənni boşandı
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR