İlham Əliyev
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycan siyasi tarixində uzun illər əsas fiqurlardan biri olmuş, Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barəsində məhkəmənin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib və onunla yanaşı bütün mülkiyyəti, villaları, torpaq sahələri, ticarət mərkəzləri, eləcə də ailə üzvlərinin adlarına olan saysız-hesabsız sərvətlər dövlət nəfinə müsadirə olunub. Sfera.az xəbər verir ki, Mehdiyevlər imperiyasının çökdüyü və bütün aktivlərin
Cəmiyyət28.10.2026 14:54
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə
Siyasət21.10.2026 20:11
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı növbəti videoçarx paylaşılıb. Sfera.az xəbər verir ki, paylaşımda deyilir: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır".
Siyasət19.10.2026 21:56
İlham Əliyevin Prezident seçilməsindən 23 il ötür...
Bu gün İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. Sfera.az xəbər verir ki, 2003-cü il oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərin nəticələrinə əsasən, İlham Əliyev prezident seçilib. Həmin dövrdə Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini və Baş nazir vəzifələrini tutan İlham Əliyev seçkilərdə səslərin 76,84 faizini toplayıb. 2003-cü il oktyabrın 31-də İlham Əliyevin andiçmə mərasimi keçirilib və o, Azərbaycan
Siyasət15.10.2026 15:21
Putin MDB sammitində İlham Əliyevlə ayaqüstü söhbət edib
Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə ayaqüstü söhbət edib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Peskov bildirib ki, Putin sammit çərçivəsində Əliyevlə ayaqüstü söhbətləşib.
Siyasət08.10.2026 22:54
Bütün xalqımızı sevindirmisən - Prezident
Oktyabrın 5-də Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Əvvəlcə dövlətimizin başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşdü. Qazandığı böyük qələbə münasibətilə idmançımızı təbrik edən Prezident İlham Əliyev dedi: -Bütün xalqımızı sevindirmisən. Özü də mübarizə çox
İdman05.10.2026 19:19
Müəllimlikdən Prezidentliyə, deputatlığa: Onlar da müəllim olub...
Bu gün Azərbaycanda müəllimlərin peşə bayramı – 5 Oktyabr, Beynəlxalq Müəllimlər Günü qeyd olunur. Müəllimlik çoxları üçün ömürlük peşə olsa da, Azərbaycanda bu sahədən siyasətə və dövlət idarəçiliyinə keçən kifayət qədər tanınmış şəxslər də var. Sfera.az onların arasında Prezidentdən Milli Məclisin rəhbərliyinə və deputatlara qədər uzanan maraqlı siyahını araşdırıb. Prezident də vaxtilə müəllim işləyib Azərbaycanda müəllimlik fəaliyyəti göstərmiş ən yüksək vəzifəli şəxslərdən biri Prezident
Cəmiyyət05.10.2026 10:54
“Xarici siyasət müdaxilələrdən qorunmalıdır” – Prezidentin mesajının arxasında nə dayanır?
Xarici siyasətin əsas məqsədlərindən biri dövlətin milli maraqlarını qorumaq, suveren qərarvermə imkanlarını təmin etmək və ölkənin xarici təsirlərdən asılılığını minimuma endirməkdir. Azərbaycan da xarici siyasət kursunda milli maraqlar, suverenlik və müstəqil qərarvermə prinsiplərini ön plana çıxarır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər də bu məsələləri yenidən gündəmə gətirib. Sfera.az xəbər verir ki, dövlət başçısı çıxışı zamanı
Siyasət02.10.2026 14:25
YAP-ın VIII Qurultayı: 2021-dən 2026-ya dəyişən HƏDƏFLƏR
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın son beş ildə keçdiyi siyasi mərhələnin yekunlarının təqdim edilməsi və növbəti dövr üçün əsas istiqamətlərin göstərilməsi baxımından diqqət çəkir. Qurultayın əhəmiyyətini yalnız YAP-ın rəhbər orqanlarının yenilənməsi ilə izah etmək kifayət deyil. Tədbirin siyasi çəkisini artıran əsas məqam onun Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay olmasıdır. Prezident İlham Əliyev də çıxışında məhz bu
Siyasət02.10.2026 13:30
“Onun bir sözü də, bir vergülü də dəyişməyib” - İlham Əliyev
“İnvestisiyalar. Bizim bağladığımız müqavilələr neft-qaz sektorunda inkişafa rəvac verdi”. Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib. Dövlət başçısı həmçinin qeyd edib: “30 il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır. Onun bir sözü də, bir vergülü də dəyişməyib və bu da investorları cəlb etmək üçün çox önəmli bir amildir. Beləliklə, bizim çox güclü portfelimiz var”.
İqtisadiyyat26.09.2026 10:13
İlham Əliyev Tokayevə başsağlığı verdi
Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Sfera.az xəbər verir ki, məktubda deyilir: “Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət
Siyasət25.09.2026 19:29
İkinci İnvestisiya Forumu Azərbaycana yeni sərmayə imkanları açır - ŞƏRH
Qlobal iqtisadiyyatda geosiyasi risklərin, təchizat zəncirlərində dəyişikliklərin və yeni enerji marşrutlarının ön plana çıxdığı bir dövrdə Azərbaycanın beynəlxalq investisiya gündəliyində mövqeyini gücləndirməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da bu baxımdan yalnız investisiya layihələrinin təqdim olunduğu platforma deyil, Azərbaycanın regional iqtisadi imkanlarının nümayiş etdirildiyi mühüm
İqtisadiyyat25.09.2026 15:45
Məktəblərin maliyyələşməsində YENİLİK - NƏ DƏYİŞƏCƏK?
Prezidentin imzaladığı fərmana əsasən, ümumi təhsil müəssisələrinin maliyyələşdirilməsində şagird sayına uyğun maliyyə normativlərinin tətbiqi nəzərdə tutulur. Beləliklə, hər bir şagird üçün illik maliyyə məbləğinin müəyyənləşdirilməsi və məktəblərin maliyyələşməsinin şagird sayına əsasən hesablanması planlaşdırılır. Bəs məktəblərin maliyyələşməsinin şagird sayına uyğun hesablanması təhsil müəssisələrinin maliyyə imkanlarına və təhsilin keyfiyyətinə necə təsir edəcək? Xüsusilə şagird sayı az
Media25.09.2026 10:23
Prezidentin sosial media hesablarında VİDEOÇARX paylaşıldı
Prezident İlham Əliyevin sosial media hesablarında işğal dövründə Ermənistanın Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondunu məhv etməsi ilə bağlı fikirlərini əks etdirən videoçarx paylaşılıb. Sfera.az həmin videoçarxı təqdim edir:
Siyasət22.09.2026 22:20
Prezident Ağdərə ilə bağlı həmin xəbəri elan etdi - VİDEO
Prezident İlham Əliyevin sosial media hesablarında "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədəki çıxışından bir hissənin videosu paylaşılıb. Sfera.az xəbər verir ki, Prezident bu videoda işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləri barədə danışıb. "Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl,
Siyasət22.09.2026 21:30
Beş mindən çox yeni iş yeri yaradılacaq - Prezident
Yeni bir güclü sənaye istiqaməti yaradılacaq. Beş mindən çox, bəlkə də daha çox yeni iş yeri yaradılacaq. İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun inkişafı, orada məşğulluğun artırılması daha da sürətlə gedəcək. Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə deyib.
Siyasət22.09.2026 18:58
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
Azərbaycan Prezidenti İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sfera.az xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə Bağırova Ülviyə Adil qızı Bayatlı Tamam Fərman qızı Cəfərov Teymur Vaqif oğlu Əhmədov Zakir Xuduş oğlu Quliyev Cahid Allahverdi oğlu Quliyev Mübariz Maşallah oğlu Quliyev Rəfael
Siyasət19.09.2026 14:29
Paşinyan İlham Əliyevə təşəkkür edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olmasına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Sfera.az xəbər verir ki, Paşinyan bu barədə Hessen Sülh Mükafatını aldığı mərasimdə bildirib. O, çıxışında bildirib ki, Ermənistan və Azərbaycan xalqları keçmişi dəyişdirə bilməyəcəklərini, amma bu günü və gələcəyi dəyişdirə biləcəklərini anlayaraq sülhü qəbul etdi və dəstəklədi: "Mən həmçinin bu mükafata eyni dərəcədə layiq olan
Siyasət18.09.2026 19:30
Prezident onları qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Sfera.az xəbər verir ki, nümayəndə heyətinə Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay
Siyasət15.09.2026 18:51
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri sentyabrın 1-də başa çatıb. Sfera.az xəbər verir ki, “Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev yola saldı.
Siyasət01.09.2026 19:20
İlham Əliyev Lukaşenko ilə görüşdü
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü keçirilib. Sfera.az xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Siyasət31.08.2026 21:03
Pezeşkiana İlham Əliyevdən su təklifi: “Naxçıvanın suları da var”
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian bu gün Bişkekdə görüşüblər. Sfera.az xəbər verir ki, görüşdən əvvəl dövlət başçılarının səmimi dialoqu olub. Həmin dialoqu təqdim edirik:
Siyasət31.08.2026 19:30
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində - CANLI
Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir. Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.
Siyasət31.08.2026 18:41
























